“VERGİ XİDMƏTİ GÜNÜ” KEÇİRİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 8 saylı Beyləqan Ərazi Vergilər İdarəsi əhatə etdiyi Ağcabədi, İmişli, Beyləqan və Füzuli rayonlarında “Vergi xidməti günü” keçirməyə başlamışdır. Bu tədbir ayda iki dəfə keçiriləcəkdir.
İdarədən bildirmişlər ki, vergi ödəyiciləri ilə belə görüşlərin keçirilməsi vergilərin hesablanması və ödənilməsinə, vergi bəyannamələrinin düzgün tərtib edilməsinə imkan verəcəkdir. Görüşlər zamanı Vergi Məcəlləsinə edilən əlavələr və dəyişikliklər barədə söhbətlər aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:33]
Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq
- 01.10.2026 [12:30]