“Vətən” tamaşası nümayiş olunub
Bakı, 19 yanvar, AZƏRTAC
Suraxanı İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı və Q.Abbasov adına mədəniyyət evinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Teatrdan AZƏRTAC-a bildirib ki, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Suraxanı Rayon İcra Hakimiyyətinin və rayon YAP üzvləri, şəhid ailələri iştirak ediblər.
Tədbirdə Bakı Uşaq Teatrının repertuarından “Vətən” tamaşası nümayiş olunub. Teatrın direktoru və bədii rəhbəri İntiqam Soltanın quruluş verdiyi tamaşa Azərbaycanın dövlət atributlarına - Dövlət Bayrağına və dövlət himninə həsr edilib. Tamaşa boyu Azərbaycan bayrağı və himninin yaranma tarixi və keçdiyi əzablı yol pantamim üslubunda əks olunub.
Tamaşada rolları Niyaz Qasımov, Rauf Hüseynli və Cavanşir Məhərrəmov ifa ediblər.