“Vikipediya”da Səməd Mənsur haqqında məqalə zənginləşdirilib
Bakı, 31 yanvar, AZƏRTAC
Bu gün görkəmli şair və publisist, dramaturq Səməd Mənsurun anadan olmasından 145 il ötür. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun könüllü “Vikipediya” qrupunun əməkdaşı Seyidnisə Lətifli tərəfindən onlayn ensiklopediyanın Azərbaycan dili bölməsində Səməd Mənsur haqqında məqalə əsaslı şəkildə redaktə olunub. Məqalə məzmunlu, etibarlı istinadlarla zənginləşdirilib.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, məqalədə dramaturq haqqında ətraflı məlumat yer alıb. Qeyd edək ki, Ədəbiyyat İnstitutunun “Vikipediya” könüllü qrupu Azərbaycanın və Türk dünyasını görkəmli ədibləri, yazarları haqqında məqalələrin yaradılmasını və zənginləşdirilməsini diqqətdə saxlayır.
AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə akademiyanın əməkdaşları könüllü şəkildə “Vikipediya” təlimlərində iştirak edirlər. Təlimlərin keçirilməsinin əsas məqsədi məqalələrin zənginləşdirilməsini və yaradılmasını təmin etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:51]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]