“Vikipediya”nın ərəb dili bölməsində Azərbaycanla bağlı məqalələr zənginləşdirilir
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” könüllüsü, İordaniya Universitetinin tələbəsi Samia Xamis onlayn ensiklopediyanın ərəb dili bölməsində Azərbaycanla bağlı məqalələri zənginləşdirir.
Mərkəzi Elmi Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Samia Xamis Şəki Xan sarayı məqaləsini əsaslı redaktə edib və görkəmli Azərbaycan bəstəkarı, pedaqoq, akademik Qara Qarayevin xatirəsinə 2014-cü il fevralın 3-də qoyulan abidə haqqında məqalə yaradıb.
Şəki Xan sarayı haqqında məqalədə binanın tarixi, inşa texnikası və xüsusiyyətləri, memarlığı, bərpası, divar rəsmləri haqqında geniş məlumat verilir.
Qara Qarayevin xatirəsinə qoyulan abidə haqqında məqalədə isə onun hazırlanması və açılışı barədə ətraflı məlumat yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]
AMEA-da gürcü alimlərlə görüş olub
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]