VLADİMİR PUTİNİN “HƏMAS” HƏRƏKATININ QƏLƏBƏSİ HAQQINDA BƏYANATI ƏRƏB ÖLKƏLƏRİNDƏ MÜSBƏT QARŞILANMIŞDIR
“Hizbullah”ın mövqeyini əks etdirən Beyrutun “Əl-Mənar” telekanalı Rusiya Prezidentinin verdiyi qiyməti “ətraflı düşünülmüş, obyektiv və humanist qiymət” adlandırmışdır. Telekanal bildirir ki, Rusiya Qərbin boykotunu dəstəkləmir və hesab etmir ki, işğal altında olan fələstinlilər beynəlxalq sanksiyalara məruz qalmalıdırlar”.
Suriyanın SANA agentliyi vurğulayır ki, Rusiya Yaxın Şərq işlərində öz ənənəvi mövqeyinə sadiq qalmışdır və Fələstin Muxtariyyətinə yardımın dayandırılmasını “səhv addım” sayır.
“Həmas” hərəkatının Beyrutdakı nümayəndəsi əl-İbrahim Hüseyn Fələstin Muxtariyyətində baş verən hadisələrə Rusiyanın yanaşmasını “fələstinlilərə dost münasibət” kimi qiymətləndirmişdir. O, İTAR-TASS agentliyinin müxbiri ilə söhbətində demişdir: “İslam hərəkatı Moskvanın səsini həmişə nəzərə almışdır və Prezident Putinin sözlərinə diqqətlə yanaşacaqdır. Rusiya siyasəti ölçülü-biçili olması və sağlam mənası ilə fərqlənir. Ruslar fələstinlilərin demokratik seçiminə hörmət edir və hələ yaradılmamış olan Fələstin hökumətinə qarşı indidən şərtlər irəli sürülməsini düzgün saymırlar”.