Vladimir Zelenski: Ukrayna Avropa Birliyinə üzv olmaq üçün real bir dövrü yaşayır
Kiyev, 5 may, AZƏRTAC
Ukrayna Avropa Birliyinə üzv olmaq üçün real bir dövrü yaşayır.
AZƏRTAC xəbər verir ki, bu fikri Ukraynanın dövlət başçısı Vladimir Zelenski söyləyib.
Zelenski qeyd edib ki, Ukrayna Avropa Birliyi ilə assosiativ sazişi imzalamaqla avropalı tərəfdaşları ilə irəliyə doğru birgə addımlayır.
“Ukraynalılar artıq Avropanın həyatına təsir göstərir. Avropanın gələcəyinin taleyi məhz bizim torpaqda həll olunur. Ukraynanın Avropa ölkələrinin birliyinə tam inteqrasiyasını təmin edəcəyik və bu, qitəmizdəki azadlıq, demokratiya və bərabərliyin təməl dəyərlərinin geniş miqyaslı tərəqqi və inkişafın əsas elementləri olduğunu göstərəcək”, - deyə Zelenski əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]