Voleybol üzrə muxtar respublika turnirinə yekun vurulmuşdur
Şərur, 17 may (AZƏRTAC). Şərur Rayon Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə keçirilən voleybol üzrə muxtar respublika turnirinə yekun vurulmuşdur.
Naxçıvan MR Gənclər və İdman Nazirliyi ilə Naxçıvan MR Voleybol Federasiyasının birgə təşkil etdikləri turnirdə “A” və “B” yarımqrupları üzrə 8 komanda mübarizə aparmışdır. Yarış 3 gün davam etmişdir. “A” yarımqrupunda Şərur rayonunun voleybolçuları, “B” yarımqrupunda isə Sədərək rayonunun komandası bütün rəqiblərinə qalib gələrək finala vəsiqə əldə etmişlər. Naxçıvan şəhərinin və Ordubad rayonunun komandaları öz yarımqruplarında II yerə çıxaraq III yer uğrunda mübarizə aparmaq hüququ qazanmışlar.
Sədərək rayon voleybolçuları I, Şərur rayon təmsilçiləri II və Naxçıvan şəhər komandası III yerləri tutmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]