Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüsal Qasımlı: Azərbaycanda reallaşdırılan iqtisadi islahatlar dəfələrlə qlobal miqyasda nümunəvi praktika olaraq götürülüb

Vüsal Qasımlı: Azərbaycanda reallaşdırılan iqtisadi islahatlar dəfələrlə qlobal miqyasda nümunəvi praktika olaraq götürülüb

Bakı, 14 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı 2021-ci ildə nəinki pandemiyanın təsirlərini aradan qaldırmaqla bərpa olundu, hətta pandemiyadan əvvəlki həcmini üstələdi. 2021-ci ildə qarşıya qoyulan bütün vəzifələrə, o cümlədən iqtisadi artımın yüksək trayektoriyaya keçməsi, sosial rifah, azad olunmuş ərazilərdə quruculuq-bərpa işləri, milli təhlükəsizlik, regional və qlobal təşəbbüslərin uğurla davam etdirilməsi sahəsində uğurların şahidi olduq. Azərbaycanın uğurla başa vurduğu ilin nəticələri və yeni inkişaf strategiyası barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı AZƏRTAC-a eksklüziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi inkişafının indiki mərhələsini necə dəyərləndirərdiniz?

- Prezident İlham Əliyevin hakimiyyəti dövründə üç nəsil islahatları müəyyənləşdirmək mümkündür. 2003-2014-cü illər böyük neft gəlirlərinin düzgün idarəçiliyi hesabına iqtisadiyyatın üç dəfədən çox böyüməsi, dövlət və ordu quruculuğu, infrastrukturun təkmilləşməsi və orta təbəqənin formalaşdırılması ilə yadda qaldı. 2015-2021-ci illəri əhatə edən ikinci dövrdə xarici şokların təsirinin minimuma endirilməsi və iqtisadiyyatın yeni relslərin üzərinə qoyulması üçün Strateji yol xəritələri qəbul edilərək uğurla icra olundu. Bu dövrün sonunda Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə qarşımızda postkonflikt, postpandemiya və postneft quruculuğu ilə bağlı yeni üfüqlər açıldı. 2022-2026-cı illərdə bu üfüqlərdə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi beş milli prioritet əsasında yeni sosial-iqtisadi inkişaf strategiyası həyata keçiriləcək.

Prezident İlham Əliyevin uğurlu islahatları nəticəsində 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artımı təmin etmək məqsədinin əsası qoyulub: Belə ki, 2021-ci ildə ölkədə ÜDM-in real artımı 5 faizdən çox, o cümlədən qeyri-neft ÜDM-in artımı 7,2 faiz olub, 2022-ci ildə isə iqtisadi artımın 3,9 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Həmçinin qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından 2021-ci ildə il 270 ABŞ dollarına çatması deməyə əsas verir ki, 2025-ci ildə 450 ABŞ dolları hədəfinə nail olunması mümkündür. 2021-ci ildə dünya ticarətində artım proqnozu 10,8 faiz olduğu halda, Azərbaycanın qeyri-neft ixracı 47,2 faiz artıb.

Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə ölkədə reallaşdırılan iqtisadi islahatlar konseptual və funksional model olaraq dəfələrlə qlobal miqyasda müsbət qarşılanıb və nümunəvi praktika olaraq götürülüb. Aparılan islahatların dayanıqlığının və davamlılığının bariz nümunəsi olaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Azərbaycanda dizayn edilən və reallaşdırılan “İqtisadi İslahatların İdarəedilməsi Modeli”ni qlobal miqyasda nümunəvi innovativ təcrübə olaraq rəsmi platformasında göstərib.

- Bundan sonrakı inkişaf perspektivini necə qiymətləndirirsiniz?

- Hazırda dünyada reflyasiya deyilən bir proses gedir: İqtisadiyyatın pul kütləsinin genişləndirilməsi və vergi güzəştləri hesabına inkişafı əsas götürülüb. Amma artan inflyasiya, borc problemi, milli valyutalara təzyiq, COVID-19-un yeni ştamları, təklif şoku və bərabərsizliyin artması yeni çağırışları müəyyənləşdirir. Hətta Dünya Bankı bu il üçün iqtisadi artıma dair proqnozlarını aşağı salıb. Bu kontekstdə Azərbaycanın əvvəlki böhranlardan qazandığı immunitet, aşağı səviyyədə xarici borc və ÜDM-ə yaxınlaşan həcmdə strateji valyuta ehtiyatları, həmçinin postkonflikt reallığının üstünlükləri inkişaf perspektivləri üçün yaxşı zəmin hazırlayır. Əlbəttə, bu məqamda institutsional və diversifikasiya sahəsində olan çağırışları da unutmamalıyıq.

Azərbaycanda “buraxılış kəsiri”nin olması - iqtisadiyyatın potensialından aşağıda qərarlaşması artıma meyilliliyi gücləndirir, digər tərəfdən isə böhrandan əvvəlki və pandemiyanın boğduğu artım trendi bərpa olunur.

“McKinsey Qlobal İnstitutu”nun (MGI) araşdırması göstərir ki, 2024-cü ilə qədər olan dövrdə illik məhsuldarlığın artımını təqribən bir faiz bəndi sürətləndirmək potensialı var. Bu, məhsuldarlığın pandemiyadan əvvəlki artım tempindən iki dəfə çox olacaq. Çünki təzyiqlərə və yüksək qeyri-müəyyənlik səviyyəsinə baxmayaraq, ilkin sübutlar göstərir ki, bir çox firmalar pandemiyaya cavab olaraq cəsarətli və yenilikçi olublar. Şirkətlər sürətlə onlayn kanallara keçib, istehsal tapşırıqlarını avtomatlaşdırıb, əməliyyat səmərəliliyini artırıb, qərar qəbulunu və əməliyyat modellərinin innovasiyasını sürətləndirib. Bu, qlobal maliyyə böhranından sonra müşahidə olunan illik məhsuldarlıq artım tempini potensial olaraq iki dəfədən çox artıra bilər. Eyni trend Azərbaycana da aiddir.

Azərbaycanda müharibədən sonra risk/mənfəət nisbəti yaxşılaşıb. Riski azaldan əsas amil Azərbaycanın ərazisi işğal olunan ölkədən qalib ölkəyə çevrilməsidir və dövlətə etimadın artmasıdır. Təsəvvür edin ki, Azərbaycanda hökumətin emissiya etdiyi beşillik qiymətli kağızlar 5,5 faizə satıldığı halda, Rusiyada 7 faizdən, Gürcüstanda 9 faizdən və Ukraynada isə 13 faizdən yuxarı reallaşdırılır. Dövlət qiymətli kağızlarının faiz dərəcələrinin region ölkələri ilə müqayisədə Azərbaycanda daha aşağı olması bizdə risklərin daha aşağı qiymətləndirilməsi ilə əlaqədardır. Mənfəət normasını artıran isə Qarabağ və Şərqi Zəngəzurda tikinti bumunun başlaması ilə yeni dövrə keçməyimizdir. Hazırda Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiqi istiqamətində təkliflər hazırlayır. Təkliflərə xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştləri, kommunal xidmətlərə güzəştlər, əmək miqrasiyası kvotası, iş icazələri, maliyyə resurslarına çıxış, yaşıl texnologiyalar, dövlət‒özəl tərəfdaşlığı kimi mövzular da aiddir. Dünyada tanınmış görkəmli türk iqtisadçısı və Harvard professoru Dani Rodrik bildirir ki, qloballaşma təkcə mal və xidmətləri əhatə etmir, həm də mənfəətin bölüşdürülməsinə aiddir. Dani Rodrikin fikrinə əlavə olaraq deyərdim ki, qloballaşma həm də riskə toxunur, beləliklə, harada risk/mənfəət nisbəti əlverişlidirsə, sərmayə də ora axır. Bu kontekstdə Azərbaycan qloballaşmadan özünə yeni pay götürmək imkanına malikdir.

Bu arada deyim ki, hərbi sənaye kompleksi müharibədən sonra yaranmış yeni reallıqda, xüsusən də təhlükəsizliyin gücləndirilməsi fonunda artan tələbə uyğun olaraq inkişaf edəcək. Bu ilin dövlət büdcəsində 1,6 milyard manatlıq xüsusi alışlar üzrə xərclər həm də müdafiə sənayesi kompleksini hərəkətə keçirməklə iqtisadiyyatı canlandırır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə biznes mühitinin daha da təkmilləşdirilməsi, dövlət müəssisələrində korporativ idarəetmənin tətbiqi, dövlət-özəl əməkdaşlığı və institutsional islahatlar, həmçinin təşviqlər ölkəyə sərmayə cəlbi və iqtisadi artımın davamlılığına əsaslar yaradır.

- Bəs biznes gözləntiləri bu perspektivləri tamamlayırmı?

- Həm Mərkəzi Bankın, həm də beynəlxalq kredit reytinq agentlikləri və nüfuzlu konsaltinq şirkətlərinin sorğuları göstərir ki, Azərbaycanda biznes və istehlakçı gözləntiləri müsbətə dəyişir. Məsələn, “Gallup International” təşkilatının yaydığı məlumata əsasən Azərbaycanda iqtisadi optimizm göstəriciləri yüksəkdir. İqtisadi ümid indeksində Azərbaycanın mövqeyi 53 balla qiymətləndirilib ki, bu da əvvəlki ilin göstəricisindən 6 bal daha yuxarı göstəricidir. Eyni zamanda, bu göstərici dünyada İndoneziya və Albaniyadan sonra ən yaxşı üçüncü göstəricidir. İqtisadi ümid indeksi ölkə vətəndaşlarının gələcək iqtisadi perspektivlərlə bağlı gözləntilərinə əsaslanır və vətəndaşlar arasında aparılmış sorğunun nəticələrini əsas götürür.

Belə bir meta-təhlil nəticəsi var ki, insanların inamının 10 faiz artması adambaşına real ÜDM artımını 0,5 faiz bəndi yüksəldə bilər. İnam biznes fəallığı və iqtisadi inkişaf üçün çox vacibdir.

- Sərmayə cəlbi uğrunda dünyada gedən yarışda Azərbaycan necə mövqe tutur?

- Paul Rosenstein-Rodan tərəfindən ədəbiyyata gətirilən “böyük təkan” konsepsiyasına görə, inkişaf üçün sürətli fəaliyyət və böyük miqdarda investisiya lazımdır. İqtisadçının fikrinə görə, kiçik həcmli lakin intensivliyi çox olan investisiyalar resursların itkisinə səbəb olur. Rosenstein-Rodan qoyulan irihəcmli investisiyaların və sənaye müəssisələrinin mükəmməl koordinasiyasının sıçrayışa gətirib çıxaracağı və bunun nəticəsi olaraq gəlirlərin bərabərsizliyinin azalacağı fikrini ortaya qoyub. Yaponiya isə bu modelin uğurla tətbiq edilərək koordinasiya problemlərinin qarşısının alınması yolu ilə nail olunmuş inkişafın ən gözəl nümunəsidir. “Böyük təkan” sayəsində Yaponiyada inkişafı təşviq etmək üçün liberal dəyərlərə əsaslanan iqtisadiyyat yaradılıb. Eyni zamanda, sosial-mədəni yetkinlik və milliyyətçilik bu konsepsiyanın Yaponiyada uğurunu artıran digər amil olub. Çünki Yapon xalqı qurtuluşun və “sağ qalmağın” yeganə yolunun birlik olduğunu başa düşüb. Bundan əlavə “Meiji İslahatı” da Yaponiyanın inanılmaz sürətlə inkişaf etməsinə təkan verdi. Beləliklə ölkədə yaradılmış koordinasiya qurumları şirkətlər arasındakı dəyərlərin və bağların sıxlaşması, “yaradıcı milliyyətçiliyin” köməkliyi ilə güclənib. İnkişaf mərhələsində bazarı səmərəli tənzimləyən dövlət müdaxiləsi bazar uğursuzluqlarının və digər mənfi amillərin qarşısının alınmasında mühüm rol oynayıb. Yapon möcüzəsi bir sıra aspektlərdən mühüm dərslər ortaya qoyur. Belə ki, burada uğurun əsas sirri liberallıq, səmərəli dövlət müdaxiləsi, milliyyətçilik, institusional güc və koordinasiya olub.

Azərbaycana gəlincə, müstəqillik dövründə biz iki dəfə “böyük təkan” almışıq. Birinci belə təkanı ulu öndər Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası hesabına ölkəmizə yatırılan irimiqyaslı sərmayələrin hesabına əldə etmişik. İkinci təkan isə Prezident İlham Əliyevin hakimiyyəti illərində qeyri-neft sektoruna böyük yatırımlardır. Bunun nəticəsində 2018-ci ildən başlayaraq qeyri-neft sənayesi ikirəqəmli artım tempi göstərir və nəqliyyat xidmətləri ixracı qeyri-neft əmtəə ixracının həcminə yaxınlaşır.

Hazırda inkişaf etməkdə olan ölkələrdə hiss olunan sərmayə axınlarının azalması təzyiqini biz də hiss edirik. Buna görə də davamlı inkişafı təmin etmək üçün yeni investisiya həcmlərinə ehtiyac var.

- Qarabağ və Şərqi Zəngəzurda iqtisadi dirçəlişi bu fonda necə dəyərləndirmək olar?

- İşğaldan azad olunan ərazilərdə infrastrukturun şəkilləndirilməsinin və bunun üzərindən iqtisadi inkişafın təmin olunması fəlsəfəsi iki təməl prinsipin üzərində qurulur: dairəvilik və düyünlər - təmərküzləşmə mərkəzi. Məsələn, azad olunmuş ərazilərdə yeni yaradılan kritik infrastruktur dairəvi xarakter daşıyır. 760 kilometr avtomobil yolu, 340 kilometr dəmir yolu, üç hava limanı, həmçinin 45 SES, Xudafərin və Qız Qalası generasiya gücləri və yarımstansiya və ötürücü qurğular elə qurulub ki, fasiləsiz və qırılmaz xidmət təmin olunsun. Digər tərəfdən isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında artıq təmərküzləşmə mərkəzlərinin konturları görünür: 100 minlik Ağdam şəhəri zonanın əsas iqtisadi ağırlıq mərkəzi, Kəlbəcər dağ-mədən, Şuşa yaradıcı sənaye və Cəbrayıl nəqliyyat-logistika mərkəzləri kimi formalaşır. Ağıllı kəndlər daha kiçik miqyasda təmərküzləşməni təmin edəcəklər. Beləliklə, biz daha az resursla daha yüksək nəticə əldə edə bilərik.

- Zəngilanda ilk “ağıllı kənd” yaradılıb. Beynəlxalq təcrübədən çıxış etsək, bu praktikanın digər ərazilərdə yayılması imkanları necədir?

- “Ağıllı kənd” ideyası ilə bağlı hazırda qlobal miqyasda qəbul edilən və universal xarakter daşıyan konkret tərif yoxdur. Hər bir dövlət öz inkişaf hədəflərinə uyğun şəkildə “ağıllı kənd”ə tərif verir. Avropa İttifaqı ölkələrində verilən tərifə əsasən “ağıllı kənd” yeni imkanlara əsaslanan, eyni zamanda, mövcud güclü tərəfləri və aktivləri üzərində inşa edilən kənddir. “Ağıllı kənd”də ənənəvi və yeni şəbəkələr, xidmətlər bir araya gətirilir. Xüsusən də “ağıllı kənd”lərdə kəndin inkişaf məqsədi üçün rəqəmsallaşmadan, innovasiyalardan və biliklərdən daha yaxşı istifadə olunur. Avropa İttifaqı təcrübəsində göstərilir ki, “ağıllı kənd” kəndlərin inkişafı üçün praktiki həllər tapmaq məqsədilə mümkün olan bütün alətlərdən istifadə edir. Rəqəmsal texnologiyalar onlardan ancaq biridir. Amma rəqəmsal texnologiyalardan istifadə “ağıllı kənd” olmaq üçün ilkin şərt deyil. Burada əsas məqsəd yerli aktivləri yaxşı istifadə etməkdir. “Ağıllı kənd” dayanıqlı kənd inkişafının 4 komponentini - iqtisadi, sosial, ətraf mühit və mədəni - özündə ehtiva etməlidir.

Zəngilanda yaradılan “ağıllı kənd” böyük qayıdışın əzəmətini göstərən layihədir. Azərbaycanda yaradılan “ağıllı kənd” öz unikallığı ilə seçilir. Azərbaycanın “ağıllı kənd” layihəsi hazırda mövcud olan ağıllı həlləri ən çox əhatə etməsi ilə digər ölkələrdə həyata keçirilən bu kimi layihələrdən fərqlənir. Buradakı mühüm fərqlərdən biri ondan ibarətdir ki, Avropa İttifaqı ölkələrində tarixən mövcud olan və ənənəvi qaydada salınmış kəndləri ağıllı həllərdən istifadə etməklə “ağıllı kənd”ə çevirmək istəyirlər. Azərbaycanda isə işğaldan azad olunmuş ərazilərdə bütün infrastrukturu yenidən qurulmaqla yeni “ağıllı kənd” layihəsi icra olunur. Beynəlxalq təcrübəyə uyğun olaraq “ağıllı kənd”lərin işğaldan azad edilmiş digər bölgələrimizdə qurulmasında bütün komponentlərin deyil, yerli tələbə uyğun komponentlərin nəzərə alınması səmərəliliyi artırmaqla yanaşı belə layihələrin uğur hekayəsi yazmaq şansını artıra bilər. Ölkədə “ağıllı kənd”in optimal ölçülərinin müəyyən edilməsinə ehtiyac vardır ki, bu da belə layihələrin ölkənin digər regionlarında icrasını daha işlək edə bilər.

Gələcəkdə “ağıllı kənd”lərdə göstəriləcək bəzi xidmətlər bir neçə yaşayış məntəqəsi üzrə bölüşdürülə bilər ki, bu da səmərəliliyin artırılmasına gətirib çıxarar. Məsələn, tullantıların idarəedilməsi ilə bağlı bir neçə kəndi birləşdirəcək ümumi sistem qurula bilər. İşğaldan azad edilmiş ərazilərdə “ağıllı kənd”lərin salınmasında və inkişafının təmin edilməsində bu sahədə maraqlı olan özəl sektoru cəlb etməklə dövlət-özəl tərəfdaşlıq (PPP) modelinin tətbiq edilməsi dövlət büdcəsinin yükünü azalda bilər və layihənin dayanıqlılığını təmin edər.

“Ağıllı kənd” layihəsinin uğurla icrasının təmin edilməsi insanlarda müəyyən intellektual hazırlıq, qabiliyyət və bacarıq tələb edir. Belə ki, ənənəvi kəndlərdə yaşayan insanların müasir texnologiyalarla davranmaq və bilik səviyyələri ilə “ağıllı kənd” sakinlərinin bilik və bacarıq səviyyəsi arasında fərq vardır. Məhz buna görə də, belə kəndlərdə yaşayacaq olan sakinlərin düşüncə tərzinin və texnoloji bilik səviyyəsinin də müasir tələblərə cavab verməsi bu sahədə dayanıqlı inkişafın əsas amillərdən biridir.

İşğaldan azad edilmiş regionlarda yerləşən yaşayış məntəqələri coğrafi və iqtisadi baxımdan biri-birindən fərqlənir, regionda qurulacaq “ağıllı kənd”lərin tələbə yönəlik olması məqsədəuyğun olardı ki, bu da regionda fərqli “ağıllı kənd” modellərinin tətbiqinə gətirib çıxarmaqla yanaşı layihələrin səmərəliliyini artıra bilər.

- Yeri gəlmişkən inflyasiya təzyiqi artır. Dövlət qiymətləri tənzimləmək üçün vergi-gömrük siyasətindən nə qədər geniş istifadə edir?

- Müqayisə üçün deyim ki, Azərbaycanda vergi yükünü kifayət qədər optimal saymaq olar. Vergi Xidmətinin xətti ilə qeyri-neft sektoru üzrə gəlirlərin qeyri-neft ÜDM-də payı 2016-cı ildə 13,5 faizdən 2021-ci ildə 11,3 faizə qədər enib, bu il də 11,3 faiz səviyyəsində qalması proqnozlaşdırılır. Qiymətlərə birbaşa ən çox təsir göstərən Əlavə Dəyər Vergisidir. Azərbaycanda toplanan ƏDV-nin ÜDM-də xüsusi çəkisinin OECD-nin eyniadlı orta göstəricisindən dörd dəfəyə yaxın az olması göstərir ki, dövlət bu sahədə mümkün olan güzəştləri edib. Eyni zamanda, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların ÜDM-də xüsusi çəkisi də Azərbaycanda OECD ilə müqayisədə beş dəfə azdır. Yəni dövlət vətəndaşın gəlirindən də az vergi daxilolmaları edir ki, gəlirin daha çox hissəsi vətəndaşda qalsın.

2020-ci il üzrə vergi və gömrük rüsumları üzrə dövlət büdcəsinə hesablanmış güzəşt və azadolmaların məbləği 5 milyard 20,8 milyon manat təşkil edib ki, bunun da 3 milyard 620,5 milyon manatı ölkədaxili, 1 milyard 400,3 milyon manatı isə idxal əməliyyatları üzrədir. Göründüyü kimi güzəşt həcmi kifayət qədərdir.

Azərbaycanda bir nəfərə düşən ÜDM həcmi ilə gəlir vergisinin yuxarı həddi arasında dörd dəfəyə qədər fərq var ki, bu da inkişaf etmiş ölkələrin toplaşdığı OECD səviyyəsinə uyğundur və cəmiyyətdə gəlirlərin bölgüsü baxımından bir harmoniya gətirir. Hansı ki, Latın Amerikası ölkələrində bu nisbət 10 dəfəyə çatır və bərabərsizliyi gücləndirir. Fikrimizcə, sadalan arqumentlər qiymətlərin aşağı salınması üçün vergi-gömrük siyasətinin imkanlarından nə qədər geniş istifadə olunduğunu göstərir.

Əmtəələr arasında vergiqoymanın optimal səviyyəsini “Ramzey qaydası” müəyyənləşdirir. Birincisi, məhsul üçün tələb elastikliyi yüksək olduqda vergi aşağı dərəcə ilə olmalıdır və tərsinə. Buna “elastiklik qaydası” deyilir. Burada digər prinsip “geniş vergitutma bazası qaydası”dır: az sayda məhsula yüksək vergi tətbiq etməkdənsə, daha çox məhsulu orta dərəcə ilə vergiyə cəlb etmək daha səmərəlidir. Dövlət bir tərəfdən “elastiklik qaydası”, digər tərəfdən isə “geniş vergitutma bazası qaydası” əsasında tarazlığı qurmalıdır. Azərbaycanda bu “qızıl orta” qorunur: əsasən varlı insanlar tərəfindən istehlak olunan əmtəələrə vergi, rüsum, aksiz yüksəkdir, amma aşağıgəlirli istehlakçıların aldığı məhsullara, məsələn, kənd təsərrüfatı və ərzaq məhsulları üzrə yığımlar aşağıdır. Dövlət burada bərabərliyi təmin etmək üçün səmərəliliyi güzəştə gedir.

İnflyasiya təzyiqinə qarşı dövlət əlindəki iqtisadi və inzibati resursları istifadə edir. Burada əsas məsələlərdən biri də əhalinin gəlirlərinin artımı və sosial müdafiədir. 2019-cu ildə sosial islahat paketinə əlavə 3 milyard manat, 2020-ci ildə 600 milyon manat vəsait ayrılıb. 2022-ci ildə 2,1 milyon vətəndaşımızın əməkhaqqı və sosial ödənişlərinə dövlət büdcəsindən əlavə 1,5 milyard manat vəsait ayrılacaq.

Vergi orqanlarının keçən il proqnozdan əlavə yığdığı təqribən 1,4 milyard manat vəsait əhalinin sosial rifahına yönəldiləcək. Vergi-gömrük inzibatçılığının təkmilləşdirilməsi, məcburetmədən könüllü riayətetməyə keçid, kölgə iqtisadiyyatı ilə mübarizə, leqallaşma, şəffaflıq və hesabatlılıq sahəsində görülən işlər nəticəsini verir. Göründüyü kimi, Azərbaycanda aparılan iqtisadi islahatlar sosial rifahın yaxşılaşmasına yönəldilir. Hansı ki, dünya təcrübəsində iqtisadi islahatlar bəzən ağrılı keçir və sosial rifaha mənfi təsir göstərir.

Bundan başqa, Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi təşəbbüsü və rəhbərliyi ilə sosial-humanitar layihələr gerçəkləşdirilir.

Bütün hallarda əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələməli və əmək məhsuldarlığı ilə əlaqələndirilməlidir.

- Bəs neft gəlirləri və inflyasiya tənzimlənməsi arasında hansı əlaqə var?

- “Daimi gəlirlər” prinsipinə əsasən, neft gəlirləri nəsillərarası ədalətli bölünməlidir. Bu prinsipə görə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti doqquz faiz olmalıdır ki, neft gəlirləri nəsillər arasında ədalətli bölünsün. Bizdə bu göstərici 30 faizin ətrafındadır, yəni məqbul normadan üç dəfə çox. Bəli, biz postkonflikt quruculuğu və pandemiya şəraitində fiskal konsolidasiyaya gedə bilmərik, heç getmirik də. Müqayisə üçün deyim ki, BVF-nin hesablamalarına əsasən, Azərbaycanın 2020-ci ildə pandemiya əleyhinə dövlət paketinin miqyası ÜDM-in 4,8 faizi olmaqla Qafqaz və Mərkəzi Asiya, həmçinin inkişaf etməkdə olan ölkələrin müvafiq göstəricisini üstələyir. Yəni, Azərbaycanın pandemiya ilində iqtisadi imkanları ilə müqayisədə vətəndaşlara və biznesə verdiyi dəstək daha yüksək olub. Amma etiraf edim ki, “daimi gəlirlər” prinsipinin pozulması hesabına. 2004-cü ildə təsdiqlənmiş “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”da “dəyişməz real xərclər” prinsipi vardı, amma 2018-ci ildə qəbul edilən “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nda artıq yanaşma dəyişdi. Beləliklə, strateji düşüncə Qarabağda rekonstruksiyanı, milli təhlükəsizliyi, pandemiyanı və regionda yaranmış yeni reallığı da nəzərə almaqla riyaziyyatın diktə etdiyi “daimi gəlirlər hipotezi”ni balanslaşdırır. “Daimi gəlirlər” prinsipi sırf riyazi məntiqə söykənir. Amma strateji düşüncə riyazi məntiqlə yanaşı, mövcud reallığı da tam nəzərə alır. Strateji düşüncə isə deyir ki, Prezident İlham Əliyev 50 illik yubileyini Ağcabədidə Laçından olan məcburi köçkünlərlə keçirmişdisə, 60 illik yubileyini müzəffər Ordunun Ali Baş Komandanı olaraq Azərbaycanın mədəniyyət paytaxtı - Şuşada qeyd etdi. Neft gəlirlərinin nəsillərarası bölgüsünün bundan ədalətli nümunəsi ola bilməz ki, bizim nəsil 30 illik problemi növbəti nəsillərə ötürmədi.

“Daimi gəlirlər” prinsipindən tam imtina da etmək olmaz, çünki dövlətin xalis maliyyə aktivləri azala bilər. Buna görə də 2022-ci ildən etibarən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin ortamüddətli dövrdə ardıcıl surətdə azaldılması nəzərdə tutulur. Növbəti illərdə qeyd olunan göstərici üzrə hədəflərin təkmilləşdirilmiş büdcə qaydasına əsasən müəyyən edilməsi və illik əsasda azaldılması büdcənin neft gəlirlərindən asılılığının aradan qaldırılmasına, orta və uzunmüddətli dövrdə fiskal dayanıqlığın təmin edilməsinə şərait yarada bilər.

- Makroiqtisadi koordinasiyanın əsas məqamları haqqında nə demək mümkündür?

- Azərbaycanın fiskal və pul-kredit siyasətləri bir-birini tamamlamaqla ölkənin qarşısında duran əsas vəzifələrin reallaşmasına, o cümlədən bütün mənalarda sabitlik, davamlı inkişaf, azad olunmuş ərazilərin reinteqrasiyası və milli təhlükəsizlik, həmçinin yeni reallıqda Azərbaycanın regional oyunçu kimi mövqelərinin gücləndirilməsinə yönəlib. Baş nazirin rəhbərliyi altında İqtisadi Şura makroiqtisadi koordinasiyanın effektivliyi və iqtisadi subyektlərin gözləntilərinin düzgün idarə olunmasını hədəfləyir.

Mərkəzi Bankın bu il üçün pul siyasəti bəyanatında deyilir ki, pul siyasəti ölkədə dayanıqlı qiymət sabitliyinin təmin olunmasına, inflyasiyanın elan edilmiş hədəf çərçivəsinə qaytarılması və dayanıqlı lövbərləşməsinə yönəldiləcək. Əlbəttə, xarici qeyri-monetar amillər hesabına formalaşan inflyasiyanı ən azı hədəf diapazonunun yuxarı həddinə yaxınlaşdırmaq lazımdır. Proqnozlaşdırılan profisitli tədiyə balansı, dövlət büdcəsinə Dövlət Neft Fondundan transfertlərin əhəmiyyətli artımı 2022-ci ildə də daxili valyuta bazarının tarazlığını və milli valyutanın məzənnəsinin dayanıqlığını dəstəkləyəcək. Əvvəllər olduğu kimi əsas vəzifə maliyyə sektorunun sabitliyinin qorunması ilə inklüzivliyin, sığorta və kapital bazarlarının inkişafı, həmçinin real sektorun maliyyələşdirilməsinin genişləndirilməsidir.

Bu ilin əvvəlindən təkmilləşdirilmiş büdcə qaydası qüvvəyə minib və iki əsas parametr qəbul olunub. Birincisi, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti və digəri isə dövlət borcunun ÜDM-ə nisbəti. Beynəlxalq Valyuta Fondunun da tövsiyələrinə uyğun olaraq indiki büdcə qaydası daha çevik, sadə, rahat və güvənlidir.

Yeni qaydalar imkan verir ki, fiskal siyasət kontr-tsiklik olmaqla böhranlara və iqtisadiyyatın “hərarətlənməsinə” adekvat reaksiya versin. İcmal büdcənin baza xərclərinin yuxarı həddinin icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti üzrə hədəflənən yuxarı hədlə tənzimlənməsi onun qeyri-neft gəlirləri ilə uzlaşdırılmasına və dolayısı ilə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsinə imkan verəcək. Bu, çox vacib məqamdır. Çünki Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təkcə dövlət büdcəsinin tarazlığı üçün deyil, həm də məcmu tələb-təklifin və daxili maliyyə bazarının tənzimlənməsi, deməli, həm də inflyasiyanın əsas lövbəri olan manatın sabitliyi baxımından da əhəmiyyətlidir.

Büdcə qaydası mühüm fiskal institutdur və bu tip institutsional islahatlar davam etdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da yaz imtahan sessiyası davam edir

İsrail İrana qarşı planlaşdırılan genişmiqyaslı hücumun son anda dayandırıldığını açıqlayıb

Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb

Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən edilir

Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur

Nasar Hayat: Azərbaycan yaşıl iqtisadiyyata keçid istiqamətində mühüm nailiyyətlər əldə edib

22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır

Quba, Siyəzən, Abşeron və Xızı dəmyə əkinçiliyi rayonlarının sırasına daxil edilib

Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb

Brüssel Vaşinqtonun Avropanı Ukrayna danışıqlarından kənarda saxlayacağından qorxur

Nazir müavini: Buğda istehsalının inkişafı üzrə 8 perspektiv rayon müəyyən edilib

Astarada vətəndaşlara hüquqi yardım aksiyası təşkil edilib

2030-cu ilə qədər müasir suvarma sistemləri quraşdırılmış sahələrin 300 min hektara çatdırılması proqnozlaşdırılır

Tunis millisinə yeni baş məşqçi təyin olunub

“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib

FAO: Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsində özəl kapitalın rolu artırılmalıdır

Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib

Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb

Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Qars şəhərində rəsmi səfərdə olub

Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb

“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb

Zaur Əliyev: Buğda istehsalı üzrə 22 hədəf rayon müəyyən edilib, Ağcabədi, Ağdam, Bərdə və Tərtər də bu siyahıdadır

Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü

Məktəbdaxili nizam-intizamın və təşkilati mühitin gücləndirilməsi diqqət mərkəzindədir

Bu saata olan əsas xəbərlər

Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb

Ahıllar evinin sakinləri beynəlxalq festivalda ikinci yerə çıxıblar

Nazir müavini: Dövlət Proqramı konkret hədəflərə, icra mexanizmlərinə və nəticə göstəricilərinə əsaslanır

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssisləri Türkiyə təcrübəsini öyrəniblər

Özbəkistan 28 növ nadir mineralın sənaye istehsalını təşkil edəcək

ADSEA rəsmisi: Qarşımızda duran ən böyük çağırışlardan biri mövcud ehtiyatlara uyğun əkin strukturunun yaradılmasıdır

Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb

Zaur Mikayılov: Şimal və şimal-şərq bölgələrinin su təminatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələr icra olunur

Qanunvericiliyin təkmilləşdirilməsi daha təhlükəsiz rəqəmsal mühitin formalaşmasına töhfə verə bilər – RƏY

Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər

Zaur Əliyev: Yeni Dövlət Proqramı aqrar transformasiyanın əsas yol xəritəsidir

Natiq Məmmədli: Azərbaycan mediası yeni çağırışlara daha çevik reaksiya verəcək

Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib

İlhamə Qədimova: Yeni Dövlət Proqramında buğda istehsalı üzrə 22 rayon hədəf olaraq müəyyən edilib

Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar

SESRIC rəhbəri: Halal iqtisadiyyatda standart fərqləri və məlumat çatışmazlığı əsas çağırışlardandır

Böyük Britaniyada yerli seçkilərdə namizəd olan azərbaycanlı: İlk seçki təcrübəm mənim üçün dəyərli dərs oldu

DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib

Seymur Səfərli: 2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının isə 20 faizdən çox artırılması hədəflənir

Danimarka hərracından alınan Bakı təsvirli unikal əsər geniş ictimaiyyətə təqdim edilib

Nazir müavini: Məhsuldarlığın maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdən biridir

Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar

“Divlər sarayı”nın izi ilə: Azıx qəbiləsindən alp babalarımıza uzanan yol

Ekoloqlar: İqlim böhranına davam gətirə biləcək təqribən 166 min kvadrat kilometr mərcan rifləri mövcuddur

Şahmar Mövsümov: Kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb

Ötən həftə 51 mina və 497 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Güləş Federasiyasında yeni komitə yaradılıb

Fazil Novruzov: Yeni reallıqlar informasiya siyasətinə yeni yanaşma tələb edir

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcək

Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olunub

Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər

Natiq Əmirov: Aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının əsas hədəfi ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır

DÇ-2026-nın ilk altı günündə Qətər mundialından daha çox avtoqol qeydə alınıb

Yaponiyada ölümcül gənə xəstəliyi sürətlə yayılır

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilir

HDC rəsmisi: Halal iqtisadiyyat KOB-lar üçün inkişaf və təkmilləşmə aləti kimi çıxış edir

ABŞ-nin dəniz blokadasını aradan qaldırmasından sonra İranın beş gəmisi Hörmüz boğazından keçib

® “AzInTelecom” 73 mindən çox saxta IMEI kodu bloklayıb

Qanunsuz balıq ovu ilə bağlı 15 inzibati protokol tərtib edilib, 1 fakt üzrə cinayət işi açılıb

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunur

Ameen Alsaadi: Dayanıqlı halal biznes modellərinin formalaşdırılmasında güclü idarəetmə və etik prinsiplər əsas rol oynayır

Dövlət Komitəsi sədrinin Lerikdə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Birinci rübdə Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyanın həcmi açıqlanıb

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir VİDEO

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak edəcək namizədlərin nəzərinə

“Zirə”nin Konfrans Liqasındakı ilk rəqibi bəlli olur

Zahid Oruc: Yaradılacaq yeni qurum media və yayım sahəsində səlahiyyətli dövlət orqanı olacaq

Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub

Klassik poeziyamızda katiblik sənəti və yazı ləvazimatı - elmi seminar

Mərkəzi Bank: Birinci rübdə cari əməliyyatlar balansında 1,7 milyard dollarlıq profisit qeydə alınıb

UNICEF təqribən 1,1 milyard uşağın birdən çox iqlim təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edir

I rübdə Azərbaycanın birbaşa xarici investisiyalarının həcmi 1,1 milyard dolları ötüb

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək

Samer Elesavi: Halal iqtisadiyyatın inkişafı üçün vahid standartlar və əməkdaşlıq vacibdir

Dünya çempionatı: Fransa Seneqala qarşı

Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib VİDEO

AMB: Birinci rübdə Azərbaycan neftinin reallaşmış qiyməti 79 dollar olub

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 68-ə çatıb

Ulu Öndərin strateji kursu müasir Azərbaycanın uğurlarının təməlidir

“Sabah” qabonlu futbolçunun transfer hüquqlarına yiyələnib

“Qlobal sülh indeksi”: Dünya II Dünya müharibəsindən bəri ən təhlükəli dövrdədir

İİB rəsmisi: Qlobal halal sektorda istehlak xərclərinin 3 trilyon dolları ötəcəyi gözlənilir

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq

Azərbaycan Milli Kitabxanası CENL-in 40-cı illik iclasında ölkəmizi təmsil edir

Bu ilin I rübündə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi açıqlanıb

Nizami rayonunda avtomobil təmiri sexində baş verən yanğın söndürülüb VİDEO

Nizami rayonunda avtomobil təmiri sexində baş verən yanğın söndürülüb VİDEO

Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır – FAKTİKİ HAVA

Daşkəsəndə “Həmkardan həmkara qayğı ilə” sosial layihəsi çərçivəsində 300-dən çox sakin müayinədən keçib

Orxan Məmmədov: Azərbaycan halal iqtisadiyyatın inkişafını mühüm iqtisadi imkan kimi qiymətləndirir

Şamil Ayrım: Zəngəzur dəhlizinin açılması bütün region ölkələrinə iqtisadi fayda gətirəcək

KOBİA sədri: Halal iqtisadiyyatın inkişafı üçün beynəlxalq əməkdaşlıq vacibdir

Azərbaycan nefti 86 dollara satılır VİDEO

Azərbaycan nefti 86 dollara satılır VİDEO

Azərbaycan və Monqolustan arasında yük daşımaları üzrə icazə kvotası 10 dəfə artırılıb