RƏSMİ XRONİKA
VYETNAM SOSİALİST RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ÇAN DIK LIONQA
Hörmətli cənab Prezident,
Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik elan edilməsi günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
26 avqust 2003-cü il.