RƏSMİ XRONİKA
VYETNAM SOSİALİST RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HQUEN MİNH TRİETƏ
Hörmətli cənab Prezident,
Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Vyetnam xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 iyun 2006-ci il