“World Masters” turnirində İrina Kindzerska Azərbaycan cüdo komandasının ən reytinqli üzvü olacaq
Bakı, 7 yanvar, AZƏRTAC
İrina Kindzerska yanvarın 11-13-də Dohada (Qətər) keçiriləcək “World Masters” turnirində Azərbaycan cüdo komandasının ən reytinqli üzvü olacaq.
AZƏRTAC xəbər verir ki, idmançımız 78 kiloqramdan yuxarı çəki dərəcəsində yarış iştirakçıları arasında yalnız İdalis Ortiz (Kuba) və Maria Suelen Altemandan (Braziliya) sonra üçüncüdür.
Xatırladaq ki, yarışda komandamızı yeddi cüdoçu təmsil edəcək. Belə ki, kişilərin mübarizəsində Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq), qadınların mübarizəsində Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və İrina Kindzerska (78 kiloqramdan yuxarı) çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [16:28]
UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub
- 11.06.2026 [15:58]
Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib
- 11.06.2026 [15:48]
İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq
- 11.06.2026 [15:12]