WUF13 çərçivəsində D-8 Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqu işə başlayıb
Bakı, 19 may, AZƏRTAC
Bakıda davam edən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo” sərgisindəki Azərbaycan pavilyonunda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, WUF13-ün milli əlaqələndiricisinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva moderatorluğu ilə “D-8 bölgəsində davamlı şəhərlərin enerji keçidlərinin şəhər inkişafı gündəmləri ilə uyğunlaşdırılması” adlı tədbirdə D-8-ə üzv ölkələrin energetika nazirləri, arxitektura və şəhərsalma üzrə rəhbər şəxsləri və merləri iştirak edirlər.
Dialoq dayanıqlı şəhərlərin inkişafında şəhərsalma, ətraf mühitin mühafizəsi və iqlim dayanıqlılığı məsələləri üzrə qlobal dialoq və əməkdaşlıq üçün mühüm beynəlxalq platforma rolunu oynayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [16:15]
Oleq Burovs: WUF13 yüksək səviyyədə təşkil olunub
- 19.05.2026 [16:14]
Baş katib: Artıq hər kəs rəqəmsal idarəetmənin mərkəzində toplanır
- 19.05.2026 [16:06]
WUF13-də mənzil təminatı və ekoloji dayanıqlılıq məsələlərindən bəhs olunub
- 19.05.2026 [16:04]