Şarofiddin Xusenov: Buxara beynəlxalq əməkdaşlıq baxımından Mərkəzi Asiyada ciddi rola malikdir
Bakı, 19 may, AZƏRTAC
UNESCO 2027-ci ildə Buxarada konfrans keçirəcək. Bu şəhər beynəlxalq əməkdaşlıq baxımından Mərkəzi Asiyada ciddi rola malikdir.
AZƏRTAC xəbər verir ki, bunu Buxara şəhər merinin müavini və Şəhər İnvestisiya, Sənaye və Ticarət İdarəsinin rəhbəri Şarofiddin Xusenov WUF13 çərçivəsində keçirilən "UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsi və dayanıqlı şəhər inkişafı” adlı panel sessiyada deyib.
O bildirib ki, Buxara bir çox beynəlxalq təşkilatlarla mədəni əməkdaşlığı davam etdirir. "2027-ci ildə UNESCO-nun Buxarada keçirməyi planlaşdırılan konfransı bunun bariz göstəricilərindən biridir. Həmçinin bu şəhər Mərkəzi Asiya regionunda turizm və qonaqpərvərlik şəhəri kimi özünü təsdiq etməkdədir. Əsas təşviq mexanizmləri sırasında muzeylər, yaradıcı sənaye nümayəndəlikləri və başqa bu kimi şəbəkələri göstərmək olar", - deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:35]
AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər
- 27.09.2026 [21:32]
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
- 27.09.2026 [19:31]
Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub
- 27.09.2026 [17:46]
Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb
- 27.09.2026 [12:25]
Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib
- 26.09.2026 [18:04]
Tacikistanın Baş naziri Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
- 26.09.2026 [10:52]