Baş katib: Hazırda dünyada daha əvvəl görülməmiş proseslər baş verir
Bakı, 19 may, AZƏRTAC
Hazırda dünyada daha əvvəl görülməmiş proseslər baş verir. Dünyada insanların 65 faizdən çoxu şəhər mərkəzlərində yaşayırlar. Bu rəqəm getdikcə artmaqdadır.
AZƏRTAC xəbər verir ki, bunu İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Baş katibi Sohail Mahmud WUF13 çərçivəsində keçirilən D-8 Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqundakı çıxışında deyib.
Enerji transmissiyasının əhəmiyyətində danışan Baş katib əlavə edib: “Böyük həcmdə bərpaolunan enerji resursları mövcuddur. Bunlara Günəş, külək, hidroenerji, geotermal enerji və digər davamlı yanacaq mənbələri daxildir. Enerji istehsalı baxımından investisiyalar xüsusilə enerji və yaşayış sistemlərinin inkişafında əsas amillərdən biri hesab olunur”.