UN-Habitat-ın icraçı direktoru: Şəhərsalmanın əsas nəticələrindən biri sosial həmrəyliyin gücləndirilməsidir VİDEO
Bakı, 19 may, AZƏRTAC
Şəhərlərin dayanıqlı inkişafı və qlobal mənzil böhranının aradan qaldırılması üçün hökumətlər, vətəndaş cəmiyyəti, akademik dairələr və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi vacibdir.
AZƏRTAC xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, son 50 ildə şəhərsalma sahəsində əldə olunan əsas nəticələrdən biri sosial həmrəyliyin və ictimai müqavilənin gücləndirilməsinin vacibliyidir.
“Şəhərlərdə sosial birliyi və ictimai müqaviləni möhkəmləndirməliyik. Eyni zamanda, artıq anlayırıq ki, bu qədər böyük və mürəkkəb vəzifəni tək bir qurum yerinə yetirə bilməz”, – deyə Anaklaudia Rossbax vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [16:32]
Dima Al-Khatib: Dayanıqlı şəhərlər yalnız infrastruktur hesabına qurulmur
- 19.05.2026 [16:32]