Vitse-prezident: Çin Azərbaycanla şəhərsalma sahəsində əməkdaşlığı genişləndirəcək
Bakı, 19 may, AZƏRTAC
Bakı şəhərinin sürətli inkişafı, müasir urbanizasiya yanaşmaları və beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi qlobal şəhər inkişafı baxımından mühüm nümunədir.
AZƏRTAC xəbər verir ki, bunu Çin Şəhərsalma və Dizayn Akademiyasının vitse-prezidenti Çjen Deqao Bakıda keçirilən Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) çıxışı zamanı deyib.
Çjen Deqao bildirib ki, Bakı bu gün müasir urbanizasiya, şəhər yenilənməsi və beynəlxalq əməkdaşlıq baxımından diqqət çəkən şəhərlərdən biridir. Onun sözlərinə görə, Azərbaycanın paytaxtında həyata keçirilən layihələr şəhərlərin daha dayanıqlı, təhlükəsiz və insanyönümlü inkişafı istiqamətində mühüm nümunədir.
Çjen Deqao qeyd edib ki, Çin gələcəkdə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrlə şəhərsalma, innovasiya və dayanıqlı inkişaf sahələrində əməkdaşlığı genişləndirməyə hazırdır.
Müxbir - Pərvanə Qafarova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]