İDMAN
www.sportsnewsireland.com portalı: Avropanın ilk Oyunlarında iştirak etmək tarixin bir hissəsinə çevrilməkdir
Bakı, 12 iyun, AZƏRTAC
İrlandiyanın www.sportsnewsireland.com saytında birinci Avropa Oyunlarından bəhs edən məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə İrlandiya idmançılarının artıq Azərbaycanda olduqları və ölkədə özlərini yaxşı hiss etdikləri bildirilir. Sayt yazır: “Azərbaycanın iqlimi çox gözəldir. İndi Bakıda hava istidir, lakin atletlər buna uyğunlaşa bilirlər”.
İrlandiyanın boks komandasının üzvü Şon Makkomb birinci Avropa Oyunlarının böyük idman hadisəsi olduğunu deyib: “Biz böyük yarışlarda iştirak etməyə alışmışıq. Lakin bu Oyunlar daha böyük idman hadisədir”.
Məqalədə qeyd olunub ki, ilk Avropa Oyunları irlandiyalı idmançıların təcrübəsini artıracaq: “Avropanın ilk Oyunlarında iştirak etmək tarixin bir hissəsinə çevrilməkdir. Buna görə də irlandiyalı atletlər Bakıda maksimum medal qazanmağa çalışacaqlar”.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: