Xaçmazda 5 ədəd sənədsiz silah polisə təhvil verilib
Bakı, 18 noyabr, AZƏRTAC
Xaçmazda 5 ədəd sənədsiz silah polisə təhvil verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, qanunsuz saxlanılan odlu silahların Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 5 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.