XALÇAÇI RƏSSAMIN FƏRDİ YARADICILIQ SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda milli xalçaçılıq ənənələrimizi davam etdirən rəssam Aydın Rəcəbovun fərdi yaradıcılıq sərgisi açılmışdır.
Sərgidə əsərləri bir çox xarici ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılan rəssamın 22 xalçası nümayiş etdirilir. Onların arasında “Münəccimlər”, “Simurq quşu”, “Günəş gəzdirən ağ dəvə”, “Çövkan oynayan şahzadə” və başqaları daha maraqla qarşılanır.
Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Lətif Kərimov
adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti dövlət muzeyinin direktoru
Röya Tağıyeva və başqaları mərasimdə çıxış edərək, müəllifin çoxşaxəli
yaradıcılığından, xalçaçılıq sənətinə gətirdiyi yeniliklərdən, əsərlərindəki
özünəməxsus üslub keyfiyyətlərindən danışmışlar.
F.Xəlilov Rəssamlar İttifaqının Fəxri fərmanını A.Rəcəbova təqdim
etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]
Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti
- 15.06.2026 [10:57]