XALÇAÇI RƏSSAMIN KATALOQU NƏŞR OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan milli xalça sənəti ənənələrini davam etdirən rəssam Aydın Rəcəbovun əsərlərinin kataloqu nəşr olunmuşdur. Müəllif keçən əsrin 70-ci illərində Azərbaycan İncəsənət İnstitutunun xalçaçılıq şöbəsində görkəmli sənətkarımız, xalq rəssamı Lətif Kərimovun tələbəsi olmaqla yanaşı, öz müəllimi kimi, uzun illər müxtəlif memarlıq abidələrinin bədii tərtibatında yaxından fəaliyyət göstərərək, dizaynçı rəssam kimi yetişmişdir. O, memarlıq mühitinin yaradılmasında xalça elementlərindən də istifadə etmişdir.
Kataloqda verilmiş “Ağaclı”, “Simurq”, “Dürat”, “Süvari dərviş” və s. xalçalar A.Rəcəbovun qrafika rəssamı kimi istedadını nümayiş etdirməklə yanaşı, onun milli ənənələrimizə nə qədər yaxın olduğunu da göstərir.
Kataloqda xalçalar barədə məlumat və açıqlamalar verilmişdir ki, bu da yeni nəşrin geniş auditoriya qazanması üçün mühüm amillərdəndir.
Sənətşünaslıq doktoru Kubra Əliyeva və akademik Rasim Əfəndiyev kataloqa ön söz yazmışlar.
Nəşrin redaktoru akademik Rasim Əfəndiyevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]
Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti
- 15.06.2026 [10:57]