Xalq artisti Bəhram Mansurovun 110 illiyi münasibətilə virtual sərgi hazırlanıb
Bakı, 18 fevral, AZƏRTAC
Unudulmaz sənətkar, Xalq artisti Bəhram Mansurovun anadan olmasının 110 illiyi münasibətilə hazırlanmış virtual sərgi istifadəçilərin ixtiyarına verilib.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivi tərəfindən hazırlanmış virtual sərgidə görkəmli tarzənin şəxsi fondunda mühafizə edilən sənədlərdən istifadə olunub.