Xalq artisti Nəzakət Teymurovanın yeni klipinin təqdimatı olmuşdur
Bakı, 19 noyabr (AZƏRTAC). Tanınmış muğam ustası, Xalq Artisti Nəzakət Teymurovanın “Şuşanın şikəstəsi” klipinin təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Xalq Artisti Mənsum İbrahimov klipi yeni musiqi hadisəsi kimi dəyərləndirmişdir.
Bildirmişdir ki, ifası hər zaman qəlbləri oxşayan N.Teymurovanın bu dəfə təqdim etdiyi mahnıda ürəkdən gələn bir sızıltı hiss olunur. İfaçı doğulub, boya-başa çatdığı yurd yeri üçün sanki bir haray çəkir.
Vurğulanmışdır ki, sözləri Şöhlət Əfşara, musiqisi Tahir Əkbərə məxsus olan “Şuşanın şikəstəsi” klipinə həyəcansız qulaq asmaq mümkün deyildir. Çünki bu mahnı çox ağrılı bir mövzuya, Azərbaycanın konservatoriyası hesab olunan Şuşaya həsr edilmişdir.
Mahnı və kliplə bağlı təəssüratlarını jurnalistlərlə bölüşən N.Teymurova doğulduğu Ağdamın, eləcə də işğal altında inləyən yurd yerlərinin tezliklə azad olmasını arzulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]