Xalq rəssamı Kamil Əliyevin xatirəsi anılıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də Azərbaycan Xalça Muzeyinin əməkdaşları Xalq rəssamı Kamil Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək sənətkarın məzarüstü abidəsini ziyarət ediblər.
Muzeydən AZƏRTAC-a bildirilib ki, ziyarətdən sonra muzeyin əməkdaşlarının Kamil Əliyevin İçərişəhərdə yerləşən ev-muzeyində Xalq rəssamının ailə üzvləri və yaxınları ilə görüşü keçirilib.
Sənətkarın ev-muzeyində nümayiş olunan əsərlərlə tanış olan ziyarətçilərə görkəmli rəssamın həyat və yaradıcılığı barədə qızı Nərminə Əliyeva məlumat verib. Rəssamın həmkarı olmuş Əlisəfa Nuriyev onunla bağlı xatirələrini bölüşüb.