Xalq şairi Qabil haqqında videoçarx hazırlanıb
Bakı, 13 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı M.Talıbova Xalq şairi Qabil haqqında videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda şairin həyat və yaradıcılığı haqqında geniş məlumatlar yer alıb.
Azərbaycanın Xalq şairi Qabil İmamverdiyev 12 avqust 1926-cı il anadan olub. O,1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatına,1996-cı ildə “Şöhrət”, 2006-cı ildə “İstiqlal” ordenlərinə, 1980-ci ildə “Əməkdə igidliyə görə” medalına və digər mükafatlara layiq görülüb.
Şair “Mənim mavi Xəzərim”, “Ömrüm boyu”, “Nəsimi”, “Ömrün həbləri” kimi bir sıra kitabların müəllifidir.
Videoçarxla kitabxananın feysbuk və instaqram səhifələrindən tanış ola bilərsiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [17:48]
“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO
- 04.06.2026 [17:34]
“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 04.06.2026 [17:17]