Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evi Berlində keçirilən uşaq festivalında ölkəmizi təmsil edib

Berlin, 1 iyun, AZƏRTAC

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Berlində Özbəkistanın Almaniyadakı səfirliyinin təşəbbüsü və “Sanat” – İncəsənət, Mədəniyyət və Elm Forumunun dəstəyi ilə “Dünya uşaqların gözü ilə” adlı beynəlxalq uşaq incəsənət sərgisi və mədəniyyət festivalı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, festivalda ölkəmizi Berlində fəaliyyət göstərən “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evi təmsil edib.

Layihənin məqsədi uşaqların yaradıcı potensialını təşviq etmək, mədəniyyətlərarası dialoqu gücləndirmək, tolerantlıq və qarşılıqlı hörmət dəyərlərini təbliğ etmək, həmçinin xalqlar arasında dostluq münasibətlərinin inkişafına töhfə vermək olub.

İncəsənət sərgisində uşaqların 250-dək rəsm və əl işi nümayiş etdirilib. Ekspozisiyada Özbəkistandan gətirilmiş 50-dən çox əsər də yer alıb.

Özbəkistanın Almaniyadakı səfiri Dilşod Axatov çıxış edərək bildirib ki, sərgi uşaqların dünyanı necə gördüklərini nümayiş etdirməklə yanaşı, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın inkişafına xidmət edir. Vurğulanıb ki, uşaqların əl işlərini, bacarıqlarını bir araya gətirən layihə incəsənətin birləşdirici gücünü nümayiş etdirir. İncəsənət müxtəlif dillərdə danışan insanları yaxınlaşdırır, qarşılıqlı hörmət hissini gücləndirir və xalqlar arasında dostluğu möhkəmləndirir. Səfir uşaqların yaradıcılığının gələcək nəsillər arasında etimad və əməkdaşlıq körpüsü yaratdığını da qeyd edib.

“Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin rəhbəri Sevda Badaliouri çıxışında uşaqların yaradıcılığının və mədəni inkişafının dəstəklənməsinin cəmiyyətin ümumi məsuliyyəti olduğunu bildirib. O qeyd edib ki, belə tədbirlər uşaqlara istedadlarını nümayiş etdirmək, müxtəlif xalqların mədəniyyətlərini yaxından tanımaq və dostluq əlaqələri qurmaq imkanı yaradır. Birgə təşəbbüslər göstərir ki, mədəniyyət insanlar arasında ən möhkəm körpülərdən biridir.

“Sanat” - İncəsənət, Mədəniyyət və Elm Forumunun İdarə Heyətinin sədri Zuxra Raxmatova və digər çıxış edənlər uşaqların inkişafına, bilik və bacarıqlarının, dünyagörüşlərinin artırılmasına xidmət edən belə layihələrin cəmiyyət üçün əhəmiyyətini vurğulayıblar. Eləcə də sevgi, diqqət və qayğının gələcək nəslin formalaşmasında mühüm rolu qeyd edilib, belə təşəbbüslərin uşaqların yaradıcı inkişafına və mədəniyyətlərarası ünsiyyətə mühüm töhfə verdiyi bildirilib.

Çıxışlardan sonra festivalın mədəni proqramı təqdim olunub.

Tədbir çərçivəsində uşaqlar və ailələr üçün müxtəlif yaradıcılıq emalatxanaları təşkil edilib. Balacalar rəsm çəkib, gil ilə işləyib, çiçək çələngləri hazırlayıb, müxtəlif tətbiqi sənət növləri ilə tanış olublar. Bundan başqa, müxtəlif xalqların milli rəqs nümunələri təqdim olunub. “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən “Ritm” rəqs qrupunun balaca üzvləri də çıxış ediblər. Onların təqdim etdikləri “Nəlbəki” milli rəqsi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və sürəkli alqışlarla müşayiət olunub. Balaca rəqqasların ifasında təqdim olunan bu rəqs nömrəsi Azərbaycan mədəniyyətinin zənginliyini və milli rəqs ənənələrinin özünəməxsusluğunu nümayiş etdirib.

Festival çərçivəsində, həmçinin Azərbaycan və Özbəkistanın tarixi-mədəni irsinə dair nəşrlər nümayiş olunub. Sərgi və mədəni proqram iştirakçılara hər iki ölkənin mədəni dəyərləri, adət-ənənələri və incəsənəti ilə yaxından tanış olmaq imkanı yaradıb.

Tədbirin sonunda qonaqlara özbək milli mətbəxinin nümunələri təqdim edilib.

Uşaqların dünyaya baxışını, arzularını, hisslərini və yaradıcılıq təxəyyülünü əks etdirən mədəni tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, layihə mədəniyyətlərarası dialoq və dostluğun təşviqi baxımından yüksək qiymətləndirilib.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kaya Kallas: Aİ ABŞ-İran münaqişəsinin həllinə töhfə verməyə hazırdır

Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri əməkdaşlığın yeni perspektivləri barədə fikir mübadiləsi aparıblar

Petr Pavel: Çex kronu inkişafımıza mane olarsa, ondan imtina edilməlidir

“Mətbuat tarixi və publisistika məsələləri” kitabının üçüncü cildi çap olunub

Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasının növbəti yaz sessiyasında iştirak edir

“Baku Energy Forum” işə başlayıb

Türkiyənin 47 universiteti dünyanın ən yaxşı ali məktəbləri sırasında yer alıb

Azərbaycanın Müstəqillik Günü Cenevrədə qeyd olunub

Əfsanə Mehdiyeva: “CandyFest” yay festivalı Bakı Bulvarında iki ay davam edəcək

Prezident İlham Əliyev Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması ilə bağlı memoranduma görə Donald Trampa təşəkkür edib

Şəhidlərin övladları üçün İsmayıllı və Şamaxıya səfər təşkil edilib

Norveç neftçiləri tətilə hazırlaşırlar

Şəhriyarın fars poeziyasında yeri və mövqeyi – tədqiqat

® “Rabitəbank” və İnnovasiyalar Mərkəzi şəhid övladları üçün “Zəfərin gələcəyi” layihəsini həyata keçirib

Novosibirskdə Rusiya-Azərbaycan elmi əlaqələrinin inkişafı müzakirə olunub

Paytaxtda 21 min 384 uşaq məktəbəhazırlıq qruplarını başa vurub

BSU Çinin ali təhsil ocaqları ilə əlaqələrini genişləndirir

“Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evi Berlində keçirilən uşaq festivalında ölkəmizi təmsil edib

İsrail Livanın cənubundakı 9 yaşayış məntəqəsinin sakinlərinə təxliyə çağırışı edib

Minifutbol millisinin kapitanı: Avropa çempionatında Qazaxıstan səddini də keçəcəyimizə inanırıq

Esvatini Krallığının Baş naziri Rassel Mmiso Dlaminidən

Litva Respublikasının Prezidenti Gitanas Nausedadan

“Zirə”nin legioner futbolçusu uzun müddət oynaya bilməyəcək

Bəhruz Məhərrəmov: Qarabağ və Şərqi Zəngəzurda aqrar inkişaf Böyük Qayıdışın əsas dayaqlarından birinə çevrilir

Azərbaycan millisinin baş məşqçisi: Avropada izlədiyimiz və əlaqə saxladığımız başqa futbolçular da var - MÜSAHİBƏ

Uşaqlar üçün tibbi müayinələr və maarifləndirici sessiyalar təşkil edilib

Komitə sədri: Ötən il 176 uşaq bioloji ailələrinə reinteqrasiya olunub

Bakı Enerji Həftəsində Azərbaycan–Qırğızıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Türkiyədə gecə muzeyçiliyinin yeni mövsümünə start verilib

Azəri-Çıraq-Günəşli yatağının sərbəst təbii qaz dövrü başlayıb

“Araz-Naxçıvan” daha 2 futbolçusu ilə yeni müqavilə imzalayıb

Ədliyyə Nazirliyi bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirir

Bahar Muradova: 2025-ci ildə ölkədə 96 mindən çox doğum qeydə alınıb

Aydın Hüseynov: İşğaldan azad olunmuş ərazilərin aqrar potensialı Azərbaycanın iqtisadi inkişafına yeni töhfələr verəcək

Ötən ay 284 mina və 1537 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Müasir dövrdə ərzaq təhlükəsizliyi həm də milli təhlükəsizliyin əsas elementlərindən biri hesab olunur ŞƏRH

Uşaqların hüquqları və təhlükəsizliyi hər bir cəmiyyətin prioritetidir ŞƏRH

Hadson İnstitutunun aparıcı tədqiqatçısı: Vaşinqton Türk Dövlətləri ilə tərəfdaşlığı gücləndirməlidir

Fransada iqtisadi artım azalıb, iqtisadiyyat naziri həyəcan təbili çalır

Sabah səhər şimal və qərb rayonlarından başlayaraq, havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir

May ayında mis qiymətləri təqribən 5 faiz bahalaşıb

BMMT ilə Gürcüstan arasında əməkdaşlıq və Cənubi Qafqazda regional təlim təşəbbüsü nəzərdən keçirilib

DİM yuxarı sinif şagirdlərinə “Peşə seçimi” alətindən yararlanmaq imkanı təqdim edir

Bakı Bulvarında yeni festival başlayır

Çin xaricə investisiya qoyuluşunu tənzimləyən yeni qayda tətbiq edəcək

NATO Trampın qəzəbindən qorxuya düşüb

Milli Kitabxanada Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Türkiyə iqtisadiyyatında cari ilin I rübündə 2,5 faiz artım qeydə alınıb

Çində “ağıllı” cihazlar üçün yeni nəsil çip təqdim edilib

Azərbaycanın kibertəhlükəsizlik sahəsində fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Komitə sədri: 40 minədək uşaq maarifləndirici tədbirlərə cəlb olunub

Baş prokuror Şəmkirdə vətəndaşların müraciətlərini dinləyəcək

Efiopiyada siyasi gərginlik və iğtişaşlar fonunda parlament seçkiləri keçirilir

İctimai TV-nin təşəbbüsü ilə uşaqlara həsr olunan unudulmaz bayram günü!

® DGK-nın Tibbi Xidmət İdarəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib

BMU-İNHA ikili diplom proqramı çərçivəsində 329 tələbə təhsil alır

Yaponiyada intiharların qarşısını almaq üçün süni intellektdən istifadə olunur

Bahar Muradova: Uşaqların xoşbəxtliyi cəmiyyətin davamlı inkişafının əsas şərtidir

FIFA Dünya Çempionatı oyunlarında hakim səlahiyyətlərini genişləndirir

DİA-da Özbəkistandan gələn dövlət qulluqçuları üçün təlim-təcrübə proqramına başlanılıb VİDEO

DİA-da Özbəkistandan gələn dövlət qulluqçuları üçün təlim-təcrübə proqramına başlanılıb VİDEO

“Politico”: Fransada seçkiqabağı mübarizə Brüsselin kabusuna çevrilir

Kənd təsərrüfatı dövlətin uzunmüddətli inkişaf strategiyasının prioritet istiqamətlərindən birinə çevrilir - ŞƏRH

Valideynlər DSX-nin hərbi qulluqçuları üçün yaradılan şəraitlə tanış olublar

Fransa Hərbi Dəniz Qüvvələri Atlantik okeanında rus tankerini saxlayıb

Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnamdan

® “Araz” supermarketlər şəbəkəsi “Ümid yeri” uşaq sığınacağını ziyarət edib

Bu saata olan əsas xəbərlər

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşdən

Prezident İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib YENİLƏNƏCƏK

Uruqvay millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”: yol xəritələrinin icrası üzrə görüşlər yekunlaşıb

“Gəncə” ukraynalı sabiq voleybolçusunu geri qaytarıb

Neft qiymətləri 6 həftəlik ən aşağı səviyyədən yenidən yüksəlib

Bərdə, Ağcabədi və Tərtərdə fitosanitar monitorinqlər aparılıb

Sel təhlükəsinə qarşı Talaçay və Zilbançayda beton bəndlər tikilir VİDEO

Sel təhlükəsinə qarşı Talaçay və Zilbançayda beton bəndlər tikilir VİDEO

Paşinyan: Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üzərində çalışır

Almaniyada pərakəndə satışların həcmi azalıb

Futbol üzrə Azərbaycan millisi Avstriyaya yola düşüb

DSMF Sumqayıtda ictimai dinləmə təşkil edəcək

“Ağıllı kənd” və aqropark layihələri Qarabağ və Şərqi Zəngəzurun iqtisadi gələcəyini formalaşdırır - ŞƏRH

Vəkillər Kollegiyasının rəhbərliyi Sloveniyada beynəlxalq tədbirlərdə iştirak edib

Yaponiya Çin, Cənubi Koreya və Tayvandan polad idxalına qarşı antidempinq araşdırmalarına başlayıb

Tahir Budaqov: Çoxqütblü dünyada suverenliyin qorunması xüsusi əhəmiyyət daşıyır

Azərbaycanın voleybol millisi Türkiyəyə yola düşüb

İstanbul aeroportunda rekord sayda səfər qeydə alınıb

“Bakı Enerji Həftəsi”nin iştirakçılarına

İndoneziyada müharibə dövründən qalan bomba partladı: 5 nəfər həlak oldu

Rusiya aviayanacaq ixracına müvəqqəti qadağa qoyub

“Mənim səsim – mənim hüquqlarım” - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfrans

® Mülki Aviasiya işçilərinə özəl kredit təklifi

Fransada inflyasiya may ayında sürətlənərək illik 2,4 faizə yüksəlib

Elm və təhsil nazirinin Gəncədə vətəndaş qəbuluna qeydiyyatı başlandı

® “Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir

® “AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib

“Goldman Sachs”: Neft bazarı zəif tələbat və münaqişənin yaratdığı təklif problemlərindən qaynaqlanan risklərlə üzləşir

Neft qiymətlərinin bahalaşması və ABŞ dollarının güclənməsi qızılın qiymətinə təsirsiz ötüşmür

Fırtınalar Avstraliyanın qərbini qaranlığa qərq edib

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

İdarə Heyəti sədrinin müavini: “Turan Tovuz”un avrokuboklara buraxılmayacağı ilə bağlı UEFA-dan hər hansı məlumat daxil olmayıb

Qarabağın bərpası həm də gələcəyimiz olan uşaqların təhlükəsiz və firavan mühitdə böyüməsini təmin edəcək - ŞƏRH