Çində “ağıllı” cihazlar üçün yeni nəsil çip təqdim edilib
Bakı, 1 iyun, AZƏRTAC
Çinin Şanxay şəhərində yerləşən Tonqji Universitetinin tədqiqatçıları “ağıllı” cihazlar üçün yeni nəsil çip hazırlayıblar.
AZƏRTAC Çinin “China Daily” qəzetinə istinadla xəbər verir ki, “Moving Horizon Unit” adlı çip əsasən avtomobillər, robotlar və dronlar üçün nəzərdə tutulub. Yeni çip cihazlara eyni anda məlumat toplamaq, hesablamaq və qərar vermək imkanı yaradır. Bu isə onların daha sürətli və dəqiq işləməsinə kömək edir.
Tədqiqatçılar bildirirlər ki, sistem dəyişən mühitlərdə cihazların real vaxtda qərar verməsini asanlaşdırır və süni intellektin işini daha səmərəli edir.
Hazırda çip real avtomobillər üzərində sınaqdan keçirilir və gələcəkdə geniş tətbiqi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2026 [12:45]
Fransada iqtisadi artım azalıb, iqtisadiyyat naziri həyəcan təbili çalır
- 01.06.2026 [12:36]
Çin xaricə investisiya qoyuluşunu tənzimləyən yeni qayda tətbiq edəcək
- 01.06.2026 [12:35]
NATO Trampın qəzəbindən qorxuya düşüb
- 01.06.2026 [12:29]
Türkiyə iqtisadiyyatında cari ilin I rübündə 2,5 faiz artım qeydə alınıb
- 01.06.2026 [12:08]
“Politico”: Fransada seçkiqabağı mübarizə Brüsselin kabusuna çevrilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
“ASAN Viza” - 10 il
- [11:01]
NBA-da finalçılar müəyyənləşib
- [10:32]