Əfsanə Mehdiyeva: “CandyFest” yay festivalı Bakı Bulvarında iki ay davam edəcək
Bakı, 1 iyun, AZƏRTAC
Dənizkənarı Milli Parkda ilk dəfə olaraq yay mövsümünün ritminə uyğun olaraq genişmiqyaslı “CandyFest” yay festivalına start verilib. İki ay davam edəcək festival rəngarəngliyi, zəngin mətbəxi və əyləncəli proqramları bir məkanda birləşdirir.
Bunu AZƏRTAC-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.
O, festival çərçivəsində keçiriləcək tədbirlər barədə məlumat verib: "Hər gün saat 17:00-dan 19:00-dək müxtəlif animatorların iştirakı ilə rəngarəng şoular və tamaşalar təqdim olunacaq. Saat 20:30-dan etibarən isə Avropadan dəvət olunmuş sirk ustalarının hazırladığı möhtəşəm su sirki və şoular azyaşlıların və paytaxt sakinlərinin ixtiyarına veriləcək. Gecə saat 23:00-dan sonra isə böyüklər üçün maraqlı şou-proqramlar başlayacaq".
Əfsanə Mehdiyeva diqqətə çatdırıb ki, tədbir ərazisində uşaqlar üçün interaktiv oyun zonaları yaradılıb, həmçinin ziyarətçilərin yaddaqalan xatirə şəkilləri çəkdirmələri üçün xüsusi fotozonalar və guşələr quraşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2026 [14:05]
Rostropoviçlərin ev-muzeyində uşaqlar üçün bayram tədbiri
- 01.06.2026 [12:37]
Bakı Bulvarında yeni festival başlayır
- 01.06.2026 [12:29]
Milli Kitabxanada Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
- 01.06.2026 [12:17]
İctimai TV-nin təşəbbüsü ilə uşaqlara həsr olunan unudulmaz bayram günü!
- 31.05.2026 [20:18]
Bakıda “Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO
- 31.05.2026 [17:37]