SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Martın 28-də Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev Özbəkistanın respublikamızdakı səfiri Abduqafur Abduraxmanov ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, görüş zamanı Özbəkistan ilə Azərbaycanın dostluq münasibətlərinin və işgüzar əlaqələrin möhkəmlənməsi, səmərəli əməkdaşlığın bir çox sahələrdə davam etdirilməsi, ölkələrimiz arasında nümayəndə heyətləri mübadilələrinin genişlənməsinin vacibliyi vurğulanmışdır.
Sonra tərəflər dünyada baş verən bir sıra proseslər, o cümlədən İraq ətrafında yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparmışlar.