Xarkov vilayətinin bəzi şəhər və rayonlarında əhali məcburi təxliyə edilir
Kiyev, 15 oktyabr, AZƏRTAC
“Xarkov vilayətində üç icmanın sakinləri məcburi təxliyə ediləcəklər. Bu qərar xüsusilə Kupyansk şəhərinə aiddir”.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov telemarafonun efirində məlumat verib.
O bildirib ki, Xarkov vilayətində qış mövsümünə hazırlıq gedir. Ən çətin vəziyyət indi Kupyansk istiqamətindədir. Mövsümə hazırlıqla bağlı briqadalar müntəzəm olaraq atəşə məruz qalırlar. Şəhəri ayıran Oskol çayının sol sahilində elektrik enerjisinin, eləcə də istilik və su təchizatının bərpasına zəmanət verilə bilməz.
Onun sözlərinə görə, təkcə Oskol çayının hər iki sahilində 7 min nəfər yaşayır. Administrasiya rəhbəri vurğulayıb ki, Xarkov şəhərində təxliyə üçün yerlər hazırlanıb. Artıq 234 uşaq ailələri ilə birlikdə Kupyansk və yaxınlıqdakı icmalardan təxliyə edilib.
Sinequbov bildirib ki, bu gün, həmçinin İzyum rayonunun Borovaya kəndindən uşaqlı ailələrin məcburi təxliyəsi elan edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]