Xəbərdarlıq: Havanın temperaturu 3-5 dərəcə enəcək
Bakı, 6 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, qərb rayonlarından başlayaraq ölkə ərazisində mayın 7-dən 9-dək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu tədricən 3-5 dərəcə enəcək.