Xəbərdarlıq: Oktyabrın 13-14-də ölkə ərazisində havanın küləkli olacağı gözlənilir
Bakı, 12 oktyabr, AZƏRTAC
Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 13-ü gündüz cənub-qərb küləyi əsəcək, sürəti saniyədə 15-18 metr olacaq, arabir 20 metrədək güclənəcək, oktyabrın 14-ü isə gündüz şimal-qərb küləyinin əsəcəyi, sürətinin 15-20 metr/saniyə olacağı, arabir 23 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 13-14-də cənub-qərb, qərb küləyinin sürətinin saniyədə 15-18 metr olacağı, ayrı-ayrı yerlərdə arabir 20-23 metrədək güclənəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]