Xərçəngin diaqnostikası üçün əlavə reallıq mikroskopu hazırlanıb
Bakı, 21 aprel, AZƏRTAC
“Google” korporasiyasının mütəxəssisləri süni intellekt və əlavə reallıq texnologiyası əsasında xərçəng xəstəliyini dəqiq diaqnostika edə bilən “ağıllı” mikroskop hazırlayıblar. Yeni qurğu süni intellekt və əlavə reallıq texnologiyasından başqa, bu texnologiyalarla işləməsi üçün bir qədər dəyişdirilmiş standart optik işıq mikroskopuna əsaslanır.
AZƏRTAC hi-news.ru saytına istinadla xəbər verir ki, texnologiya qismən təchiz edilmiş istənilən tibbi laboratoriyada tətbiq edilə bilər. Platforma real vaxt rejimində təsvirlərin analizini aparmağa və tədqiq olunan hüceyrələrin tanınmasının nəticələrini təqdim etməyə imkan verir. Təsvirin yenilənməsinin tezliyi saniyədə 10 kadrdır ki, bu da diaqnostika üçün kifayət edir. Alqoritm maşın təlimi texnologiyalarına əsaslanır.
“Google” mütəxəssislərinin sözlərinə əsasən, yeni diaqnostika metodunu istənilən onkoloji patologiyaların aşkarlanması üçün tətbiq etmək olar. Lakin hazırda qurğu limfa düyünlərində süd vəzi xərçənginin metastazlarını müəyyən edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]
Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb
- 11.06.2026 [16:23]