CƏMİYYƏT
Xətai rayonunda gözəllik salonundan pul oğurlayan şəxslər məsuliyyətə cəlb olunublar
Bakı, 18 fevral, AZƏRTAC
Xətai rayonunda gözəllik salonundan üç min manat məbləğində pul oğurlayan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 13-də rayon ərazisindəki gözəllik salonlarının birindən 3 min manat məbləğində pul və 600 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Hüseynli və Cəlilabad rayon sakini M.İsmayılov Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]