Xətai rayonunda yol kənarındakı quyunun baxış qapağı ilə bağlı problem aradan qaldırılıb
Bakı, 12 iyul, AZƏRTAC
Ötən gün gecə saatlarında sosial şəbəkələrdə Xətai rayonunun, Süleyman Əhmədov küçəsinin “8 Noyabr” prospekti ilə kəsişən hissəsində yol kənarında olan kommunikasiya xəttinə aid quyunun baxış qapağının sınması ilə bağlı məlumat paylaşılıb.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən problemlə bağlı agentliyə məlumat daxil olan kimi əməkdaşlar tərəfindən əraziyə baxış keçirilərək problemin aradan qaldırılması üçün müvafiq addımlar atılıb.