XƏZƏR DƏNİZİNİN ŞÜVƏLAN ƏRAZİSİNDƏ MÜŞAHİDƏ OLUNMUŞ MAZUTABƏNZƏR LƏKƏLƏRLƏ BAĞLI MONİTORİNQ KEÇİRİLMİŞDİR
Bakı, 6 avqust (AZƏRTAC). Avqustun 1-də saat 16:00 radələrində Xəzər dənizinin Şüvəlan ərazisində suda və sahil zolağında xırda mazutabənzər ləkələr müşahidə edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ilə birgə dərhal monitorinq qrupu yaradaraq sözügedən ərazilərdə müşahidələr aparmışlar.
Aparılan müşahidələr nəticəsində müəyyən edilmişdir ki, çirklənmənin sahəsi, sahil zonasında “Dalğa” istirahət mərkəzindən şərq istiqamətə doğru 9 kilometrlik sahilboyu ərazini əhatə etmişdir. Mazutabənzər ləkələrin hərəkəti təxminən 2 saata yaxın davam etmişdir.
Aparılan ilkin təhlillərə görə çirklənmə mənbəyinin yaxınlıqda lövbərdə dayanmış neft tankerləri olduğu ehtimal olunur və araşdırma davam etdirilir.
Dənizdə çirklənmənin dinamikasını müəyyən etmək məqsədi ilə çirklənmə ərazisindən su nümunələri götürülmüş və təhlillər aparılmışdır.
Aparılan analiz-təhlillərin nəticələrinə görə avqustun 1-də götürülmüş su nümunələri üzərində neft məhsullarının miqdarının normadan 94, avqustun 2-də 62, avqustun 3-də 30 dəfə artıq olduğu müəyyən edilmişdir.
Avqustun 4-də isə dəniz suyundan götürülmüş su nümunəsində neft məhsullarının miqdarı norma daxilində olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]