XƏZƏR EKOLOJİ PROQRAMI NÖVBƏTİ QRANTLAR MƏRHƏLƏSİNƏ BAŞLAMIŞDIR
BMT-nin Xəzər Ekoloji Proqramının (XEP) Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, XEP kiçik birgə qrantların 5-ci və mikroqrantların 2-ci mərhələsini elan etmişdir.
Kiçik Birgə Qrantlar Proqramı (KBQP) Qlobal Ekoloji Fond tərəfindən maliyyələşdirilir və onun reallaşdırılması ilə BMT İnkişaf Proqramı məşğuldur. KBQP Xəzər Ekoloji Proqramının bir hissəsi olaraq, regionda əsas ekoloji problemlərin həllinə yönəldilmişdir.
Qrantlar 5 mindən 50 min ABŞ dollarına qədər məbləğdə istənilə bilər.
KBQP qrantları regionun 5 ölkəsinin (Azərbaycan, Qazaxıstan, İran, Rusiya, Türkmənistan) hüquqi şəxslərinə verilir. Ümumilikdə, Xəzər regionu sahildən 100 km məsafədəki əraziləri nəzərdə tutur.
Layihələrin ilkin variantının son təqdim olunma müddəti aprelin 30-na qədərdir.
Mikroqrantlar Proqramının 2-ci mərhələsi isə Xəzər dənizinin ətraf mühiti haqqında əhalinin məlumatlandırılması üçün 500-dən 3000 dollara qədər məbləğdə qrantlar almaq imkanı verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]