CƏMİYYƏT
Xəzər rayonunun könüllüləri Mərdəkandakı Şəhidlər xiyabanında abadlıq işləri görüblər
Bakı, 12 avqust, AZƏRTAC
Xəzər Rayon Gənclər və İdman İdarəsinin və onun nəzdində fəaliyyət göstərən “İntelektual Gənclər və Vətənpərvərlik Klubu”nun təşkilatçılığı ilə aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində Xəzər rayonunun könüllüləri Mərdəkan qəsəbəsindəki Şəhidlər xiyabanını ziyarət edib, burada təmizlik işləri görüb, Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri qoyublar.
Könüllülər tərəfindən həyata keçirilən bu nəcib aksiya gənclərin hər zaman dövlətə və millətə sadiq olduqlarını, şəhidlərimizi böyük ehtiram və minnətdarlıq hissi ilə yad etdiklərini bir daha göstərir.