Xəzər Universitetində maarifləndirici seminar keçirilmişdir
Bakı, 30 aprel (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ali təhsil müəssisələrində maarifləndirici seminarlar davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, növbəti seminar aprelin 30-da Xəzər Universitetində keçirilmişdir. Universitetin müəllim və tələbələrinin iştirak etdikləri tədbirdə ulu öndər Heydər Əliyev tərəfindən ölkəmizdə vaxtilə ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verilmiş, Ulu Öndərin ideyalarının gənclərin ekoloji bilik və bacarıqlarının artırılmasında əhəmiyyəti diqqətə çatdırılmışdır.
Eyni zamanda, su ehtiyatlarının, istehsalat və məişət tullantılarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, iqlim dəyişmələri, “yaşıl iqtisadiyyat” və davamlı inkişaf, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, işğal olunmuş ərazilərdə ətraf mühitə dağıdıcı təsirin müəyyənləşdirilməsi və s. mövzularda tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, suallar cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]