XII Beynəlxalq İslam İqtisadiyyatı və Maliyyə Konfransının açılış mərasimi keçirilib
İstanbul, 14 iyun, AZƏRTAC
İyunun 14-də telekonfrans vasitəsilə XII Beynəlxalq İslam İqtisadiyyatı və Maliyyə Konfransının açılış mərasimi keçirilib. Konfrans İslam İnkişaf Bankının İslam Tədqiqat və Təhsil İnstitutunun koordinasiyası, İstanbul Səbahəddin Zaim Universitetinin Beynəlxalq İslam İqtisadiyyatı və Maliyyə Tətbiqi və Tədqiqat Mərkəzinin milli və beynəlxalq qurumlarla əməkdaşlığı çərçivəsində baş tutub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan pandemiya və keçid dövrü ilə bağlı ölkədəki vəziyyət barədə məlumat verib. Pandemiya dövründə Türkiyədən dünyanın 125 ölkəsinə tibbi ləvazimatlardan ibarət yardımın göndərildiyini deyən Rəcəb Tayyib Ərdoğan normallaşma ilə bərabər ölkədə istehsal, ticarət və turizm sahələrinin canlanmağa başladığını vurğulayıb.
Pandemiyanın həyatın hər sahəsinə mənfi təsir göstərdiyini qeyd edən Türkiyə Prezidenti bu müddət ərzində sosial ədaləti və bərabərliyi təmin etmək üçün yalnız maddi sərvətin kifayət etmədiyinin aşkar şəkildə ortaya çıxdığını deyib.
Qeyd edilib ki, hazırkı vəziyyətə baxmayaraq, bu ilin ilk rübündə Türkiyə iqtisadiyyatında 4,5 faiz artım müşahidə olunub.
COVID-19 pandemiyasından sonra bütün dünyada köklü dəyişikliklərin gözlənildiyini deyən Türkiyə Prezidenti yeni dövrdə İstanbulun İslam maliyyəsi və iqtisadiyyatının mərkəzi halına gətirilməsinin hədəfləndiyini bildirib.
Qeyd edək ki, konfrans iyunun 16-dək davam edəcək.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]