Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Britaniyanın Aberdin şəhərində nümayiş keçirilmişdir
London, 25 fevral (AZƏRTAC). Britaniyanın Aberdin Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş nümayiş keçirilmişdir.
İki saata yaxın davam edən aksiyada azərbaycanlı tələbələr Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar nümayiş etdirmişlər.
Nümayiş çərçivəsində soyqırımla maraqlanan müxtəlif ölkələrin təmsilçilərinə Xocalı faciəsini əks etdirən broşurlar paylanmışdır.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London