Xocavənd kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 22 il ötür
Ağcabədi, 19 noyabr (AZƏRTAC). Ağcabədi rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə Xocavənd rayonunun Xocavənd kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının və Qarakənd kəndi üzərində içərisində Azərbaycanın dövlət və hökumət nümayəndələrinin olduğu vertolyotun erməni terrorçuları tərəfindən vurulması nəticəsində baş vermiş faciənin 22-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Xocavənd rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüşlərdə şəhid olmuş Vətən övladlarının xatirəsinə Ağcabədi şəhərində ucaldılmış abidə kompleksin önünə gül-çiçək düzmüş, şəhidlərin ruhuna ehtiramlarını bildirmişlər.
Mərasimdə çıxış edənlər 1990-cı illərin əvvəllərinə baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətindən, Qarabağda törədilən faciələrdən danışmış, işğal altında olan torpaqlarımızı Prezident İlham Əliyevin rəhbərliyi ilə hər an azad etməyə hazır olduqlarını bildirmişlər.
Tədbirdə “Ya Qarabağ, ya ölüm” filmi və məktəblilərin vətənpərvərlik mövzusunda hazırladıqları bədii proqram nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]