Xorvatiyanın ədliyyə və dövlət idarəçiliyi naziri DOST Agentliyində olub
Bakı, 1 noyabr, AZƏRTAC
Xorvatiya Respublikası ədliyyə və dövlət idarəçiliyi naziri İvan Malenitsanın başçılıq etdiyi nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonaqlar mərkəzdə təqdim olunan e-xidmət - Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng (“ƏN TEZ”) xidməti ilə tanış olublar.
Qonaqlara ölkəmizdə son illər aparılan sosial islahatlar və əldə olunan uğurlar, DOST konsepsiyası, sosial sahədə rəqəmsal nailiyyətlər barədə məlumat verilib.