XRİSTİANLIĞI QƏBUL ETMİŞ ƏFQAN BARƏSİNDƏ CİNAYƏT İŞİ DAYANDIRILMIŞDIR
Qərb diplomatlarının məlumatına görə, hazırda Avropa ölkələrinin birində Rəhmana sığınacaq verilməsi məsələsinə baxılır. Belə ki, Əfqanıstanda radikal əhval-ruhiyyəli vətəndaşlar tərəfindən onun həyatına və sağlamlığına ziyan yetirilməsi təhlükəsi var.
Xatırladaq ki, şəriət məhkəməsinin prokurorları islamdan üz döndərdiyinə görə Rəhmanın edam olunmasını tələb edirdilər. ABŞ, Avropa ölkələri və hətta Roma Papası xristianlığa keçən əfqanın müdafiəsinə qalxmış və ölkə hökumətini onu edam etməməyə çağırmışlar.
Abdulla Rəhman 16 il əvvəl xristian missionerlərinin təsiri altında Pakistanda xristianlığı qəbul etmiş, uzun müddət Avropada yaşamışdır. Onu şəriət məhkəməsinə öz qohumları “təhvil vermişlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]