Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xudavəng monastırı işğal dövründə çox ciddi vandalizm aktlarına məruz qalıb

Xudavəng monastırı işğal dövründə çox ciddi vandalizm aktlarına məruz qalıb

Bakı, 14 may, AZƏRTAC

Birinci Qarabağ müharibəsində işğal altında qalan və özünəməxsus unikal forma daşıyan Xudavəng monastr kompleksi ermənilər tərəfindən çox ciddi vandalizm aktlarına məruz qalıb. Kompleksin bir çox bazilika və sovmələrinin memarlıq quruluşuna müdaxilə edilib, öz original görünüşündən məhrum edilərək tanınmaz hala salınıb. Binaların üzərindəki kitabələr ya tamamilə silinib, ya da müdaxilə edilərək istifadəsiz hala gətirilib.

AZƏRTAC AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun işğal dövründə Xudavəng monastırının ciddi vandalizm aktlarına məruz qalması ilə bağlı araşdırma yazısını təqdim edir.

Ermənilər 1992-2020-ci illər ərzində Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinin mənimsənilməsi istiqamətində düşünülmüş siyasət həyata keçiriblər. Alban dövrü tarix və mədəniyyət abidələrini mənimsəmək üçün bu hiyləgər siyasətin mahiyyəti, ilk növbədə abidələrə məxsus izləri silib, memarlıq quruluşunu dəyişdirməklə, abidələrə öz mülkiyyət hüquqlarını tətbiq edir və bu abidələri erməni mədəni irsinin nümunələri kimi dünyada təbliğ edirlər.

Bu cür erməni vandallığına uğrayan tarix və mədəniyyət abidələrindən biri də Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən Xudavəng monastır kompleksidir. Monastır kompleksi Murovdağ və Qarabağ dağ silsilələrinin kəsişdiyi yerdə formalaşan dağlı vadidə, yüksək təpəlik üzərində yerləşir. Ərazi olduqca cazibədar təbiətə malikdir. Burada monastır memarlarının qarşısında duran tələblərdən biri kompleksin memarlığının landşaftla vəhdətinin yaradılmasına nail olmaq olmuş və lanşaftla kompleksin vəhdəti məharətlə təmin edilmişdir. 

 

Məbədin memarlıq xüsusiyyətləri onun Alban memarlığına aid olduğunu göstərir.

Xudavəng monastırı kompleksinə dini və dünyəvi xarakter daşıyan çox sayda müxtəlif ölçülü və müxtəlif dizayna malik tikililər daxildir ki, onların da bir çoxu işğal dövrü erməni vandallığı nəticəsində formaları dəyişdirilərək tanınmaz hala salınıb, bir qismi isə öz mövcudluğunu itirib.

Kompleks daxilindəki tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsi ilə tikilib. Kompleksin ən qədim tikilisi, Müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş Həvari Dadinin məzarı üzərində VI-VIII əsrlərdə tikildiyi güman edilən bazilikadır.

Qafqaz Albaniyası memarlıq abidələrinin tədqiqi göstərir ki, böyük ölçülü birnefli bazilikalar əsasən erkən orta əsrlərdə inşa edilib. Nadir hallarda VI-VII əsrlərdə də belə tikililərə rast gəlmək olur. Bu baxımdan Xudavəng bazilikasının Qarabağın digər anoloji abidələrlə müqayisəsinə əsasən, tikilinin VI əsrə aid olmasını söyləmək olar. Kompleksə daxil olan tikililərin ən qədimi VI-VIII əsrlərə aid olduğu güman edilsə də, kafedral Arzu Xatun kilsəsi və digər unikal tikililərin XIII əsrdə tikildiyi bildirilir.

Bir zamanlar kompleksin adını daşımış (Dadivəng) Dadi və ya Dada, Həvari Faddey tərəfindən "xristianlığın təbliğ edilməsi üçün şimal və şərq ölkələrinə göndərilmiş" 70 həvaridən biri olub. Dadi sözünün etimologiyası Qafqaz Albaniyasının tarixi ilə əlaqədardır. Bu monastır kompleksinin yaradılmasında ermənilərin iştirakından söhbət belə gedə bilməz.

Monastır kompleksi orta əsrlər Qarabağının mədəniyyət mərkəzlərindən biri olub. Monastır kompleksinə daxil olan çoxsaylı tikili və tikili qalıqları uzun əsrlər ərzində burda çoxsaylı monarxların iştirakı ilə təşkil olunmuş aktiv monastır həyatının mövcud olduğunu deməyə əsas verir.

Monastır kompleksinə daxil olan tikililər müxtəlif inşaat materiallarından, Azərbaycanın fərqli memarlıq üslublarında inşa edilib, tikililərin inşaasında istifadə olunan oyma naxışlar, epiqrafik nümunələr və digər bəzəklərin heç birinin nə erməni memarlığına, nə də erməni mədəniyyətinə heç bir aidiyyəti yoxdur.

Qədim Bazilika. İsanın həvarilərindən biri olan Müqəddəs Faddeyin təbliğat üçün "Şərq ölkəsinə" göndərdiyi Dada və ya Dadinin xatirəsinə tikilmişdir. Bazilika Xudavəng monastırı kompleksi ərazisində ən qədim tikili hesab olunur. Düzbucaqlı planda inşa edilən, tavanı tağlı birnefli bazlikadır. Binanın şərq tərəfində geniş yarımdairəvi altar apsidası yerləşir. Yan divarların içərisində tikilmiş altı sütun binanın çatmatağ tavanını üzərində saxlayırdı. Abidənin tavanı məlum olmayan səbəblərdən uçurdulmuşdur.

Qədim bazilikanın tavanı ermənilər tərəfindən ya qəsdən uçurdulmuş, ya da təmir zamanı uçmuşdur. Bazilikanın döşəməsinə mərmər daşlar döşənmiş, qəbirin ətrafı heç bir qaydaya uyğun olmayan şəkildə betonlanmışdır. Hansı ki bu cür hallar abidələrin bərpasında yolverilməzdir.

Ermənilərin Xudavəng monastrında qeyri-qanuni “bərpa” bərpa işlərinin apardığı binalardan biri də kiçik bazilikadır.

Kiçik bazilika. Orta əsrlərə aid kiçik bazilika Qədim bazilikanın cənub divarına bitişik düzbucaqlı planda damı tağlı inşa edilmişdir. Kiçik bazilika binası üç pilyastra malikdir. Kiçik bazilika, bitişik inşa edildiyi Qədim bazilikadan əhəmiyyətli dərəcədə ensiz və qısa ölçüdədir.

Ayrı-ayrı hissələrdə divar hörgüsünün vəziyyəti, bazilikanın ermənilər tərəfindən bir neçə dəfə bərpa edildiyini göstərir. Binanın üstü onun orijinal görkəminə uyğun olmayan formada betonlanmış, binanın damı qırmızı kirəmitlə bağlanmışdır. Binanın dam hissəsində Alban memarlığının əlamətləri tamam itirilmişdir. Kompleksdə bu cür erməni vandalizminə məruz qalan tikililərdən biri də Böyük Həsən Məbədidir.

Böyük Həsən məbədi monastır həyətinin cənub tərəfində yerləşir. Mərkəzi günbəzli tavanı tağlı struktura malik, düzbucaqlı planda işlənmiş birnefli bazilikadır. Kilsə kiçik ölçüdə tikildiyinə görə bəzən elmi ədəbiyyatda sovmə də adlandırılır. Kilsənin günbəzi binanın damından bir neçə metr hündür tikilib. Günbəzin üstü ikiqat daşlarla yarımqövs şəkilində tağla bağlanmışdır. Binanın şərq və qərb divarlarının mərkəzi hissələri yüngül hündürləşdirilsə də, divarların sağ və sol qanadları aşağıya meyllənərək damın tağı ilə tamamlanmışdır.

Klassik Alban dövrü memarlığı üslubunda inşa edilən Böyük Həsən Məbədi dizayn seçimi və unikallığı ilə seçilirdi. Lakin 2017-2018-ci illərdə abidənin memarlıq quruluşuna ermənilər müdaxilə edərək, məbədi öz original formasından məhrum etdilər. Belə ki, təmir zamanı binanın arxa, qabaq və yan divarları kobud şəkildə hündürləşdirilərək üçbucaq formaya salınmış, divarların sağ və sol qanadlarına ətəklər əlavə edilərək tavanın damına birləşdirilmişdir. Kilsə günbəzinin üst hissəsi bir neçə metr hündürləşdirilmiş, günbəzin tavana birləşən oturacağına dörd kiçik qanad əlavə edilmiş, binanın və günbəzin üstü qırmızı kirəmitlə örtülmüşdür. Abidə təmirdən sonra memarlıq baxımından öz əzəli əhəmiyyətini itirmişdir.

Böyük Həsən məbədində baş verən vandallıq halları eyni ilə kompleksin kafedral məbədi sayılan Arzu xatun məbədində də baş vermişdir.

Arzu xatun məbədi. Kompleksin kafedral Arzu xatun məbədi kompleksin əsas binası hesab olunur. Epiqrafik məlumatlara əsasən, bina 1214-cü ildə Arzu xatunun sifarişi ilə inşa edilmişdir. Kompleksin giriş darvazası ilə üzbəüz həyətin sonunda yerləşən Arzu xatun məbədi yüksək günbəzi və monumental həcmi ilə kompleks ərazisinə girənlərin diqqətini cəlb edir və ətrafındakı bütün tikililər arasında dominant mövqe tutur. Məbədin qərb fasadı ona bitişik inşa edilmiş tikililər - qalereya formalı narteks və birnefli zal kilsəsi ilə örtülmüşdür.

Məbədin cənub fasadında mərkəzi tağı bəzəyən barelyef və pəncərə kəməri naxışları öz unikallığını qoruya bilib. Məbədin yeganə giriş qapısı qərb tərəfdə yerləşməklə monastır kompleksinin giriş qapısı istiqamətində yerləşir. Məbədin şimal fasadı Qafqaz Albaniyasının memarlığı üçün xas olan unikal formada dekorativ portalla bəzədilmişdir.

Birinci Qarabağ müharibəsindən sonra indiki Ermənistanın Basarkeçər rayonundan gələn bir qrup erməni tərəfindən məbədin içərisindəki rəsmlər və digər dekorlar balta ilə çapılaraq yararsız hala salınmışdır. 2004-cü ildə erməni əsilli ABŞ-dan gələn iş adamı Edel Hovnanyan monastır kompleksinin Arzu xatun məbədində təmir işləri aparıb, iş prosesi 2005-ci ildə tamamlanmışdır. Məbədin daxili tərtibatının təmirdən sonra, öz əzəli formasına uyğun olub-olmaması isə aparılacaq tədqiqatlardan sonra müzakirə mövzusu ola bilər. Lakin qeyd etmək lazımdır ki, Arzu xatun məbədinin xarici interyeri işğal dövrü ciddi dəyişikliklərə məruz qalsa da, öz mövcudluğunu qismən qoruyub saxlamışdır. Bu baxımdan qeyd etmək lazımdır ki, Yepiskop Qriqor məbədinin xarici interyerində onun əzəli formasına oxşarlıq tapmaq qətiyyən mümkün deyildir.

Yepiskop Qriqor məbədi. Ayrıca narteks-sovmə kimi inşa edilmiş Yepiskop Qriqor kilsəsi qərb tərəfdən Qədim bazilikaya birləşməklə kompleksin memarlıq ansamblında xüsusi yer tutur. Tikili özünəməxsus memarlıq xüsusiyyətlərinə malikdir. Onun dünyəvi-dini xarakteri memarlıq xüsusiyyəti və prinsipinə təsir etmişdir və buna görə də onun memarlıq obrazında yerli kənd evlərinin xüsusiyyətlərini görmək mümkündür.

Yepiskop Qriqor kilsəsi əsrlər boyunca Yuxarı Xaçının knyaz nəsillərinin ailə türbəsi rolunu oynamışdır. Məbədin döşəməsi bütünlüklə müxtəlif məzarların sinə daşları ilə örtülmüşdür. Həmin daşların bir hissəsinin yazıları tədricən silinərək oxunmaz hala düşdüyündən kimə məxsus olduqlarını anlamaq mümkün deyil.

Kompleksin bütün tikililərinin vahid ansambl təşkil etməsi üçün məbədin memarları onun eksteryerlərini ətraf kilsələrin eksteryerinə uyğun - mümkün qədər sadə təşkil etmiş, interyerdə isə zəngin və dəbli dizayn istifadə etmişlər.

Tikilinin günbəzli tağtavanı müstəqil dayanan dörd sütun və onlar üzərində ucalan pilyastrlar vasitəsi ilə saxlanılır. Günbəzin ortasında işıq düşməsi üçün oyuq vardır. Kilsənin naxışlı portala malik yeganə girişi cənub tərəfdə yerləşir. Girişin sağ tərəfindəki kitabədə abidənin 1224-cü ilin yayında yepiskop Qriqor tərəfindən inşa edildiyi göstərilir.

Birinci Qarabağ müharibəsindən sonra kilsənin divarlarına daxildən ermənilər tərəfindən çoxsaylı xaçdaşlar əlavə edilmişdir. Binanın günbəzinin maili yarımqövs forması dəyişdirilərək, altıguşəli ulduz formasına salınaraq hündürləşdirilmişdir. Binanın damı öz formasına uyğun olmayan tərzdə iti üçbucaqlı planda işlənmiş, abidənin üstü qırmızı kirəmitlə bağlanmışdır. Bu binanın təmirində Alban memarlığının bütün elementləri itirilmişdir.

Zəng qülləsi. Kompleksin qərb tərəfində, giriş qapısının yaxınlığında yerləşir. İkimərtəbəli tikilidir XIII əsrin ortalarında inşa edildiyi güman edilir. Zəng qülləsinin kimin tərəfindən tikilməsi haqqında məlumat ermənilər tərəfindən silinmişdir. Binanın birinci mərtəbəsinə xaricdən giriş qapısı hörülərək bağlanmışdır. İkinci mərtəbədəki kor nişə isə qərb tərəfdə inşa edilmiş pilləkənlə qalxmaq mümkündür.

Zəng qülləsinin ikinci mərtəbəsi dörd sütuna malik rotonda formasındadır. Rotondanın günbəzinin altında zənglər asılmışdır. Günbəzin təməli, günbəzdaşıyan tağlar, sütunlar və onların kapitelləri yaxşı işlənmiş daşlardan inşa edilmişdir və ümumilikdə, olduqca xoş təəssürat yaradır. İşğal dövrü zəng qülləsi öz görkəmini qismən qoruyub saxlamışdır.

Zal. Zal-günbəz tipinə malik olan düzbucaqlı planda işlənmiş binadır. Zalın dörd küncünün hər birində ikimərtəbəli yardımçı otaqlar yerləşir. İkinci mərtəbədə yerləşən otaqlardan konsol pilləkəninə çıxış vardır. Uzadılmış zal formasına malik olan kilsə narteksi ona qərb tərəfdən birləşir. Zalın cənub divarı arkada formasında həll edilmişdir. Zal ikiqat daşlarla örtülmüş tağlı tavana malikdir. Zalın tağlı tavanı bir tərəfdən Kiçik bazilikanın cənub divarına, digər tərəfdən isə arkadaya söykənir. Kiçik bazilikanın qapıları zala açılır.

Narteksin divarlarında üç kitabə saxlanmışdır. Onlardan ikisi işğal dövrü ermənilər tərəfindən ciddi zədələndiyindən oxunulması mümkün deyil. Üçüncü kitabə inşaat kitabəsi olsa da, inşa tarixi olan hissə ermənilər tərəfindən silinib, erməni dilində binanın tarixinə uyğun olmayan ifadələr yazılmışdır. Zal işğal dövrü ermənilər tərəfindən bərpa qaydalarına uyğun olmayan formada təmir edilmişdir. Belə ki zalın divarlarına xaç daşları əlavə edilmiş, zalın damı üzlük daşlarla bağlanmışdır.

Digər tikililər. Böyük Həsən kilsəsindən cənub-şərq və cənub-qərb istiqamətlərdə monastıra aid çoxlu sayda köməkçi bina var idi. İşğal dövründə kompleksin daxilində və əhatəsində yerləşən bütün bu yardımçı tikililər ermənilər tərəfindən dağıdılaraq yox edildi. Bütün bunlardan başqa, Xudavəng monastır kompleksinin yerləşdiyi təpənin ətrafında daha üç sovmə ermənilər tərəfindən dağıdılaraq xarabalığa çevrilmişdir.

Monastır kompleksinin giriş qapısı və giriş qapısının sağ tərəfindəki tikilinin bir hissəsi öz görkəmlərinə uyğun olmayan bir formada iddia edilən “erməni memarlığı üslubunda” təmir edildi. Bütün bu təmir-tikinti işlərindən sonra ermənilər Xudavəng monastırının ermənilərə məxsusluğu barədə yersiz iddialar qaldırmağa başladılar. Onlar Alban dövrü tarix və mədəniyyət abidələrini mənimsəmək üçün bu cür hiyləgər metodlardan istifadə edərək, Azərbaycanın mədəni-irsi üzərinə öz mülkiyyət hüquqlarını tətbiq etməyə çalışırlar.

1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya"ya əsasən, hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal edilmiş ərazilərdə bu mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində konstruktiv addımlar atmaq öhdəliyi var.

1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndirmişdir. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin "işğal edilmiş ərazilərə münasibətdə" mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir.

2020-ci ildə Kəlbəcərin işğaldan azad edilməsi ərəfəsində ermənilər vəhşilik örnəyi göstərərək monastırdakı zəngləri, xaç daşlarını, digər qiymətli əşyaları sökərək qeyri-qanuni olaraq Ermənistana apardılar.

2021-ci il dekabrın 16-da ermənilər İrəvan şəhərindəki Xalq Sənətləri Muzeyində "Dadivəngdən İrəvana" adlı satış-sərgi keçiriblər. Sərgidə Xudavəng monastır kompleksindən gətirilmiş Bibliya, xaçlar, ikonalar, suvenirlər, həmçinin kitablar, fotoalbomlar satışa çıxarıldı. Təbii ki, bu hadisəni daha bir erməni həyasızlığı kimi dəyərləndirmək olar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib