“XURŞİDBANU NATƏVAN” YENİ QURULUŞDA TƏQDİMAT OLUNACAQ
AZƏRTAC xəbər verir ki, xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında yeni quruluşda tamaşaya hazırlanan “Xurşidbanu Natəvan” pyesi üzərində məşqlər başa çatmışdır.
Rejissor Bəhram Osmanovun səhnə təcəssümü verdiyi pyesin ilk tamaşası fevralın 19-na nəzərdə tutulmuşdur. Baş rollarda xalq artistləri Bəsti Cəfərova və Nurəddin Mehdixanlı çıxış edirlər.
Xatırladaq ki, dramaturqun adı çəkilən əsəri burada ilk dəfə 20 il əvvəl xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda tamaşaya qoyulmuşdur. O vaxt Xurşidbanu Natəvan rolunu xalq artisti Amaliya Pənahova oynamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]
Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti
- 15.06.2026 [10:57]