XÜSUSİ ƏMƏLİYYAT KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsi sədrinin "Aksizli malların qaçaqmalçılığına qarşı mübarizənin gücləndirilməsi haqqında" əmrinin icrası ilə əlaqədar Sumqayıt gömrükxanasının fəaliyyət zonasında xüsusi əməliyyat keçirilmişdir. 2 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları ilə birgə aparılan yoxlama zamanı Sumqayıt şəhəri və Abşeron rayonunun ayrı-ayrı ticarət obyektlərində aksiz markasız və ya saxta aksiz markaları olan 155 ədəd tütün məmulatı, 28 ədəd spirtli içki aşkarlanmış, 130 ədəd siqaret sahibsiz mal kimi götürülmüşdür.