Azərbaycan Dövlət İnformasiya Agentliyi

“XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar” mövzusunda geniş müzakirə aparılmışdır

Bakı, 5 oktyabr (AZƏRTAC). İkinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov beynəlxalq tədbirin əhəmiyyətindən danışmışdır.

Rektor demişdir ki, artıq ikinci dəfədir ki, Azərbaycan bu cür mötəbər tədbirə ev sahibliyi edir. Keçənilki Forumdan fərqli olaraq bugünkü tədbirdə daha çox qonaq iştirak edir. Bu göstərici tədbirə verilən önəmi sübut edir.

“Dəyirmi masa”da bölmə iclaslarında maraqlı məsələlər müzakirə olunacaq, humanitar siyasətin əhəmiyyəti, gələcəyi barədə diskussiyalar aparılacaqdır.

Sonra “dəyirmi masa” Nobel mükafatı laureatı, ABŞ-ın Stanford Universitetinin professoru Robert Laflinin moderatorluğu ilə “Virtual reallıq və cəmiyyətin inkişafı” mövzusunda bölmə iclasında işini davam etdirmişdir. İclasda müxtəlif mövzularda çıxışlar dinlənilmişdir. Çıxış edənlər belə bir mötəbər tədbirin təşkilinə görə Azərbaycan Prezidentinə və hökumətinə minnətdarlıq etmişlər.

R.Laflin demişdir ki, bu gün insanlar arasında olan çox çevik ünsiyyət müəyyən problemlər yaradacaqdır. Ona görə də biz qloballaşan dünyada yeni imkanlar tapıb bu problemlərin həllinə çalışmalıyıq. Müzakirə olunan məsələ də çox aktualdır və ümid edirəm ki, Bakı Beynəlxalq Humanitar Forumunda biz bu və digər suallara cavab tapacağıq.

Sonra Yaponiya xarici işlər nazirinin müavini Akiko Yamanaka “XXI əsrdə insan təhlükəsizliyinin perspektivləri” mövzusunda məruzə ilə çıxış etmişdir. O demişdir ki, XX əsrdə soyuq müharibə başa çatandan sonra təhlükəsizlik məsələsi forma və mahiyyətini dəyişmişdir. Son zamanlar baş verən hadisələr, təbii fəlakətlər bizi bu məsələlərə daha ciddi yanaşmağa, metod və metodologiyanı dəyişməyə vadar edir.

Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə bu tədbirin keçirilməsini yüksək qiymətləndirirəm. Bu, həm də Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi önəmin göstəricisidir. Azərbaycan bu gün təkcə regionda deyil, bütün dünyada sülhə və təhlükəsizliyə böyük töhfələr verir. Gənc, müstəqil bir dövlətin Əfqanıstanda, Kosovoda, İraqda sülhyaratma əməliyyatlarında iştirak etməsi çox böyük məsələdir. Azərbaycan təbii ehtiyatların qorunmasında, beynəlxalq əməkdaşlıq, ərzaq təhlükəsizliyi, alternativ enerji sahəsində çox böyük rol oynayır. Hesab edirəm ki, bu tədbirdə çıxış edənlər, eləcə də bizim digər dostlarımız Azərbaycana dəstək verməliyik.

Daha sonra Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun təkamül epistemologiyası sektorunun müdiri, fəlsəfə elmləri doktoru Yelena Knyazeva “Mürəkkəblik nəzəriyyəsi əsasında qlobal meyillərin strateji görünüşü”, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin fəlsəfə kafedrasının müdiri, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti, fəlsəfə elmləri doktoru Aleksandr Çumakov “Qloballaşma: reallıq və dünyanın inkişaf perspektivləri”, Rusiyanın Geoiqtisadiyyat və Qlobalistika İctimai Elmlər Akademiyasının prezidenti, iqtisadiyyat elmləri doktoru Ernest Koçetov “Dünyanın dərkinin qlobal metodologiyasında humanitar sıçrayış (“faza keçidi” və onun metodoloji və nəzəri dərki)”, Bakı Dövlət Universitetinin professoru Çingiz İsmayılov “Virtual reallıq məkanı transformasiya məkanı kimi”, BDU-nun professoru Fikrət Əfəndiyev “Virtual reallıq və informasiya cəmiyyəti” mövzularında məruzələrlə çıxış etmişlər.

Çıxışlarda qloballaşma proseslərinin cəmiyyətə təsiri, eyni zamanda, qloballaşmanın yaratdığı problemlərin həllində səylərin birləşdirilməsi ilə bağlı təkliflər səslənmişdir.

BDU-nun rektoru Abel Məhərrəmovun moderatorluğu ilə keçən ikinci bölmə iclasında “Gənc nəslin formalaşmasında virtual universitetlərin rolu” məsələsi müzakirə olunmuşdur. Rektor “Virtual təhsil: nailiyyətlər, problemlər, perspektivlər” mövzusunda çıxış edərək bildirmişdir ki, müasir gənclik virtual informasiyaya, auditoriyaya daha çox maraq göstərir. Bugünkü müzakirələrdə biz yaşlı nəsillə gənc nəslin düşüncə tərzindəki fərqləri aydınlaşdırmalı, gənclər üçün daha doğru olan yolu müəyyən etməliyik.

Fondazione Salvemini beynəlxalq təhsil proqramının Cenevrə şöbəsinin müdiri Roberto Bonininin “Beynəlxalq tələbə mobilliyi və qloballaşan dünyada universal ali təhsil”, Pakistan Milli Müdafiə Universitetinin beynəlxalq əlaqələr kafedrasının müdiri Məhəmməd Xanın “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar”, BDU-nun hesablama-riyaziyyat kafedrasının müdiri Qalina Mehdiyevanın “Qloballaşma şəraitində cəmiyyətin inkişafında gənclərin rolu”, Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin müdiri, rumıniyalı professor Eden Mamutun “Kütləvi açıq onlayn kurslar virtual təhsildə yeni yanaşma kimi”, AMEA-nın müxbir üzvü, BDU-nun faydalı qazıntılar kafedrasının müdiri Vasif Babazadənin “Müasir dünyada əxlaqi dəyərlərin və əqidənin virtual sivilizasiyası. Azərbaycan: keçmişi, indisi və gələcəyi”, BDU-nun beynəlxalq ümumi hüquq kafedrasının müdiri Rüstəm Məmmədovun “Qlobal hüquq qaydası universitetdən başlayır” mövzularında məruzələri maraqla qarşılanmışdır.

Məruzələrdə vurğulanmışdır ki, müasir dünyada insanların düşüncə tərzi auditoriya ilə virtual universitet arasındakı münasibətlərə uyğun olaraq dəyişir. Azərbaycan dövləti, hökuməti və buna müvafiq olaraq gəncliyi də bu proseslərdən nəinki kənar qalmamış, eyni zamanda, onların fəal iştirakçısına çevrilmişdir.

“Dəyirmi masa”nın üçüncü bölmə iclasına Rusiya İctimai Elmlər Akademiyasının akademiki, Milli Tədqiqat Universitetinin şərqşünaslıq şöbəsinin müdiri Aleksey Maslov moderatorluq etmişdir. Bölmə iclası “Nəsillərin qarşılıqlı münasibətlərinin problemləri və perspektivləri” mövzusuna həsr olunmuşdur. İclasda Gürcüstan Milli Elmlər Akademiyasının ictimai elmlər şöbəsinin akademik katibi Roin Metreveli “Qloballaşmanın perspektivləri və Qafqaz regionu”, BDU-nun sosial və pedaqoji psixologiya kafedrasının müdiri, professor Kamilə Əliyeva “Multikulturalizm və mədəni özünüdərk”, Qazaxıstanın “Nur Otan” Milli Demokrat Partiyasının təhlil, proqnoz və sosial təşəbbüslər mərkəzinin rəhbəri Kazbek Kazkenov “XXI əsr: çağırışlar, yoxlamalar, istiqamətlər”, Rusiya Federasiyasının Rəssamlıq Akademiyasının akademiki Yuri Borev “Qloballaşma və incəsənət”, Macarıstanın Dünya İqtisadiyyatı İnstitutunun professoru Andras İnotai “Qloballaşma və onun siyasətə, iqtisadiyyata və cəmiyyətə təsiri”, T.Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun direktoru, professor Valeri Kopeyka “Distant təhsil Ukraynada “ağıllı” cəmiyyətin formalaşması amili kimi”, BDU-nun professoru Şahlar Əsgərov “Dayanıqlı insan inkişafı”, BDU-nun kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, professor Kamil Səlimov “Varislik gələcək nəsillərin inkişafını müəyyənləşdirən amillərdən biri kimi”, AMEA-nın müxbir üzvü, BDU-nun psixologiya kafedrasının müdiri Bəxtiyar Əliyev “Tranzitar cəmiyyətdə nəsillərarası münasibətlər” mövzusunda məruzələr etmişlər.

Çıxışlarda regional problemlərin, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gənc nəslin inkişafına, qloballaşma proseslərinə mənfi təsiri pislənmiş və bu cür təcavüzlərə son qoyulması tələb olunmuşdur.

İclasda, həmçinin İordaniya-Azərbaycan Cəmiyyəti adından xanım Emili Nofa və başqaları da çıxış edərək, belə bir mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan dövlətinin başçısına minnətdarlıq etmişlər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim