Yanvar-apreldə ölkədə 22969,0 milyon manatlıq ÜDM istehsal edilib
Bakı, 18 may, AZƏRTAC
2018-ci ilin yanvar-aprel aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 22969,0 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çox ümumi daxili məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,1 faiz artıb, neft sektorunda isə 0,1 faiz azalıb.
Əlavə dəyərin 48,4 faizi sənaye, 9,8 faizi ticarət, 6,9 faizi tikinti, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və digər sahələrdə istehsal edilib.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,0 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 2346,0 manata bərabər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]