Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaponiya və Azərbaycanı birləşdirən tarixi məqamlar: Əfsanəvi kəşfiyyatçı Rixard Zorge

Tokio, 7 noyabr, AZƏRTAC

Bu gün dünyada sülhün bərqərar olması, insanlığın xilası naminə apardığı mübarizə ilə yalnız anadan olduğu Azərbaycanda deyil, eyni zamanda, milli mənsubiyyəti ilə bağlı olduğu Almaniyada, fəaliyyəti ilə böyük yardım etdiyi Rusiyada və ömrünün son günlərini yaşadığı Yaponiyada xatirəsi hörmətlə anılan əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin edam edilməsindən 75 il ötür.

Alman faşizminə və yapon militarizminə qarşı apardığı mübarizə ilə tarixə qəhrəman kimi düşən Rixard Zorge XX əsrin əfsanəvi kəşfiyyatçısı hesab edilir. Atası alman, anası isə rus olan R.Zorge 1895-ci il oktyabrın 5-də Bakıda anadan olmuş və dünyanın hansı ölkəsində fəaliyyət göstərməsindən asılı olmayaraq həmişə özünü bakılı kimi təqdim etmişdi.

Məhz R.Zorgenin Moskvaya ötürdüyü məlumatlar II Dünya müharibəsinin gedişinə böyük təsir göstərmiş, sovet qoşunlarının almanların hücumunun qarşısını almasına və əks hücuma keçməsinə səbəb olmuşdu. Yaponiya hökumətinin iqtisadi siyasətini təhlil edən R.Zorge apardığı araşdırmalar nəticəsində yaponların böyük miqdarda yanacaq almasını və dəniz donanmasının gücləndirilməsi istiqamətində həyata keçirdiyi işləri, o cümlədən Yaponiya hökumətindəki mənbələrdən aldığı məlumatları əsas götürərək, onların keçmiş SSRİ-yə hücum etməyəcəyi qənaətinə gəlmişdi. Bu məlumatı əsas götürən sovet rəhbərliyi Uzaq Şərqdəki 22 diviziyanı Qərb cəbhəsinə gətirərək Moskva altında böyük əks hücum əməliyyatını reallaşdırmışdı.

İstər orta məktəbdə oxuduğum illərdə, istərsə də jurnalist kimi Bakıda fəaliyyət göstərdiyim dövrdə tale məni dəfələrlə bu məşhur kəşfiyyatçı ilə bağlı hadisələrlə qarşılaşdırıb. Xüsusən AZƏRTAC-da fəaliyyət göstərdiyim dövrdə, daha dəqiq desək, 2008-ci ildə Bakıda keçirilən və əfsanəvi kəşfiyyatçıya həsr olunan “Dünya tarixində Rixard Zorgenin rolu” adlı beynəlxalq simpoziumu işıqlandırarkən onun rəhbərlik etdiyi “Ramzay” adlı qrupun tarixi xidmətlərinə müxtəlif xalqlar tərəfindən verilən yüksək qiymətin şahidi olmuşdum. Həmin tədbirlərə qatılmaq üçün həm Rusiyadan, həm Almaniyadan, həm də Yaponiyadan gələn tədqiqatçıların onun insanlıq naminə göstərdiyi fəaliyyətə heyranlığını öz gözlərimlə görmüşdüm.

Doğrusunu deyim ki, 2010-cu ildə agentliyimizin rəhbərliyi tərəfindən mənə xaricdə işləmək təklif edilərkən Misir və Yaponiya arasında seçim zamanı Gündoğar ölkəni seçməyimin səbəbləri sırasında orada vaxtilə Rixard Zorgenin çalışması faktının da az rolu olmamışdı. Bir tərəfdə bütün dünyanın möcüzələr ölkəsi adlandırdığı Yaponiyanı daha yaxından tanımaq istəyi dayanırdısa, digər tərəfdə məşhur həmyerlimizi daha yaxından öyrənmək və araşdırmaq niyyəti dururdu.

Azərbaycanın Yaponiyadakı səfirliyinin xahişi ilə yapon şirkətinin mənim üçün hazırladığı kirayə evlərlə tanış olarkən hansı hissin Minato rayonu üzərində dayanmağıma səbəb olduğunu hələ indi də başa düşə bilmirəm. Yaponiya paytaxtının rəmzlərindən biri hesab edilən “Tokio qülləsi”ndən cəmi 5 dəqiqəlik məsafədə yerləşən həmin mənzil həm də metronun “Azabu-juban” stansiyasının yaxınlığında idi. Bu rayon inzibati binaların - İmperator sarayının, parlamentin, Baş Nazirin ofisinin, Xarici İşlər Nazirliyi daxil olmaqla bir sıra nazirliklərin, hakim siyasi partiyanın, eyni zamanda, bir çox iri dövlətlərin səfirliklərinin yaxınlığında yerləşir.

Təbii ki, ilkin olaraq yaşadığım rayonun özəl xüsusiyyətləri ilə maraqlanmağa başladım və bir müddətdən sonra öyrəndim ki, mənim qaldığım məhəllə vaxtilə Rixard Zorgenin yaşadığı evin çox yaxınlığında imiş. Təbii ki, ötən illər öz işini görmüş, aparılan yenidənqurma işləri zamanı Rixard Zorgenin yaşadığı ev də digər tikililərlə birlikdə sökülmüşdü. Hazırda həmin ərazidən sürətli yol körpüsü keçir. Maraqlıdır ki, bu gün Azərbaycan Televiziyasında Yaponiya ilə bağlı materiallar zamanı efirə verilən sürətli yol görüntüsündə məhz Rixard Zorgenin yaşadığı ərazi əks olunub. Tokionun video görüntülərini lentə alarkən özüm də bilmədən məhz həmin ərazini çəkərək Bakıya göndərmişdim. Lakin təəssüf ki, böyük insan kütləsinin hər gün hərəkət etdiyi həmin küçədə bu əfsanəvi kəşfiyyatçının burada yaşadığını xatırladan nə bir lövhə, nə də başqa bir işarə yoxdur.

Bu gün istər anadan olduğu Bakı şəhərində, istərsə uğrunda mübarizə apardığı Rusiyanın müxtəlif şəhərlərində müasir tariximizin bu qəhrəman oğlunun adı əbədiləşdirilsə də, Yaponiyada buna kifayət qədər diqqət yetirilməyib. Lakin onun haqqında yazılan kitablar, çəkilən filmlər, çoxsaylı məqalələr deməyə əsas verir ki, Rixard Zorgenin adı yapon xalqı üçün də əzizdir və onun insanlıq naminə apardığı mübarizə bu ölkədə böyük hörmətlə xatırlanır.

Rixard Zorge Yaponiyaya 1933-cü ildə, Hitlerin Almaniyada hakimiyyəti ələ keçirdiyi zaman gəlmişdi. Həmin dövrün gərgin hadisələri dünyanı böyük dəyişikliklərin gözləməsindən xəbər verirdi. R.Zorge özünün qorxmazlığı və cəsarəti ilə seçilirdi. Bunu onun Azabuda seçdiyi evin coğrafi mövqeyi də təsdiq edirdi. Həmin ev agentlərin birinci düşməni olan Gizli Polis İdarəsinin cəmi bir neçə metrlik məsafəsində yerləşirdi.

Yaşadığı evi kəşfiyyat fəaliyyəti üçün dayaq məntəqəsinə çevirən R.Zorge heç bir qorxu hiss etmədən yaratdığı agentura şəbəkəsinin üzvləri ilə burada görüşürdü. Rəsmi olaraq o, Alamniyanın “Frankfurt Tsaytunq” qəzetinin müxbiri hesab edilirdi. Onun qarşısında duran əsas vəzifə isə Yaponiya imperiyasının atacağı addımların istiqamətini müəyyənləşdirməkdən ibarət idi. R.Zorgenin informatorları arasında həmin vaxt Yaponiyanın Baş Naziri olmuş Konoe Fumimaronun müşavirləri də var idi. Bu, ona gizli informasiyaya çıxış əldə etmək imkanı yaratmışdı.

Qəhrəman kəşfiyyatçının yaşadığı evin təsviri, gündəlik iş rejimi onun yapon həyat yoldaşı İşii Hanakonun “Zorge bir insan kimi” kitabında öz əksini tapıb. Avropa üslubunda inşa edilmiş ikimərtəbəli evdə yaşayan R.Zorgenin hər gün səhər saat 6-da yuxudan durduğu, idman hərəkətlərindən və səhər yeməyindən sonra mütaliə və ya məqalə hazırlamaqla məşğul olduğu, nahardan sonra xarici kütləvi informasiya vasitələri nümayəndələrinin ofislərinin yerləşdiyi Qinza rayonuna və ya alman səfirliyinə getdiyi burada qeyd edilib.

İ.Hanako yazır ki, hələ Yaponiyaya gəlməzdən əvvəl bu ölkəni geniş tədqiq edən R.Zorge onun haqqında kifayət qədər məlumata malik idi. Onun Azabudakı kabinetində yaponşünaslıq üzrə 1000-dək kitab var idi.

“Əgər mən sülh şəraitində yaşaya bilsəydim, yəqin ki, alim olardım” , - deyə R.Zorge sonralar bildirmişdi. Lakin II Dünya müharibəsi ərəfəsində dövrün gərgin məqamları onu kəşfiyyatçı olmağa məcbur etmişdi.

Yaponiyada yaşadığı dövrdə R.Zorge heç vaxt rus dilində danışmamış və hətta buradakı sovet səfirliyinə ayaq basmamışdı.

Səkkiz illik kəşfiyyatçı fəaliyyətindən sonra R.Zorge yaşadığı evdə həbs olunmuşdu. Bu, Pörl-Harbor əməliyyatından cəmi iki ay əvvəl, 1941-ci ilin oktyabrında baş vermişdi.

Əgər bir gün yolunuz Yaponiyaya düşərsə və siz əfsanəvi həmyerlimizin yaşadığı evin ərazisi ilə tanış olmaq istəyərsinizsə, Tokio metrosunun Namboku və ya Oeodo xətti ilə Azabu-juban stansiyana gəlməli və altıncı çıxışdan istifadə etməlisiniz. Şyutoko sürətli avtomobil yoluna paralel şəkildə üzüyuxarı Şiniçi körpüsünə doğru hərəkət edərək həmin yerə çata bilərsiniz. Lakin burada avtomobillərin intensiv hərəkətinə görə həmin evin olduğu yerə yaxınlaşa bilməyəcəksiniz.

Tokioda əfsanəvi kəşfiyyatçının adı ilə bağlı olan digər yerlər isə Qinza, Naqaça-çyo, İkebukuro və Tama rayonlarıdır.

ardı var

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb