Yaponiyada bahar bayramı və istirahət günlərində rekord sayda insan səyahətə yollanacaq
Tokio, 6 aprel, AZƏRTAC
Yaponiyada qarşıda gözlənilən bahar bayramı və istirahət günlərində rekord sayda insan səyahətə yollanacaq.
AZƏRTAC xəbər verir ki, cari ildə ilk dəfə olaraq yaponlar “qızıl həftə” adlandırılan bayram və istirahət günlərində 7 gün deyil, 10 gün istirahət edəcəklər. Buna səbəb kimi həmin günlərdə ölkə üçün mühüm əhəmiyyət kəsb edən yeni İmperatorun taxta çıxması göstərilir.
Yaponiyanın aparıcı “JTB” turizm agentliyinin apardığı sorğunun nəticələrinə görə, aprelin 25-dən mayın 5-dək davam edəcək həmin günlərdə təqribən 25 milyon insanın həm ölkə daxilinə, həm də onun hüdudlarından kənara səyahət edəcəyi gözlənilir. Bu, ötən ilin həmin göstəricisindən təqribən 300 min nəfər çoxdur.
Həmin göstəricinin, eyni zamanda, “JTB” turizm agentliyi tərəfindən həmin proqnozun aparılmağa başladığı 1969-cu ildən bəri ən yüksək rəqəm olduğu da bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]